YENİ TEATRÇILARA BİR MƏKTUB DAHA

"İrşad" qəzetinin dünənki nömrəsində cümələr oynayan "teatrçılar" mənə açıq
bir məktub yazıblar. Mən onlardan kağızıma cavab gözləyirdim, nəinki...
Mənim və onların kağızını oxuyanlar özləri bilərlər...
Lakin teatrçıların biəsil və əsas sözlərindən birinə diqqət etməli!

Bunlar kağızlarının axırında yazırlar: "ənzarcqareə ərz etdiyimiz bu məktub
çap olunmaq üçün "Kaspi" qəzetinə verilmiş və qəbul olunmuşdusa da, hər
nədənsə, Nəriman cənablarının təvəqqinə binaən sonra çapdan geri alınıbdır".
Böylə bir iftiram edib də conab teatrçılar arxayın oldular. Lakin mən indi
üzümü "Kaspi" qezetinin idarəsinə tutub da təvəqqe məqamında deyirəm: "Mənə
cavab verəsiniz görüm "teatrçıların" məktubunun barəsində mənim tərəfimdən
nəinki təvəqqe və hətta buna oxşayan bir hərəkət olundumu?" Hərgah "Kaspi"
qəzetəsi cavab versə ki, həqiqət, mən bu barədə təvəqqe etmişəm, o vaxt bu
gündən mən mühərrirlikdən əl çəkib bundan sonra nə "Həyatda, nə bir qeyri
qəzetdə yazmağa və nə də bir kitab təsnif etməyə ixtiyarım olmasın. Böylə
işlərdən bılmərrə əlimi üzəcəyəm, çünki mənim əqidəmə böylə bir adamın
mühərrirliyə ləyaqəti yoxdur.
Mən öz-özümü camaatdan, millətdən kənar edərəm. Mən etməsəm də,
camaat, millət gərəkdir ki, məni kənar etsin, çünki böylə bir "mühərririn"
camaata, millətə zərrərindən savayı xeyri olmaz, zənn edirəm; bir mühərrir ki,
cavabdan qorxdu ağzına gələni yazıb da işin sonunu gözləmədi, "anlamadığı
şeylərdan dəm vurarkən özünü anlayan göstərdi" elə mühərririn heç olmamağı
məsləhətdir. İndi keçək o biri tərəfə.
Cənab teatrçılar! Hərgah yuxarıda yazdığımız sözlərin əsli olmadığı təbəyyün
edərsə, yəni "Kaspi" qəzetəsinin idarəsi sizin gizdinizi aşkar edərsə, sizə nə
yolda tərbcih olmağını mənmi soyləyəcəyəm? Yox, əfəndim! Mənim gücüm
ancaq özümə çatar. Sizdə vüqar və insaf var isə özünüz-özünüzə tənbeb edərsiniz
və aranızda kim boylə əsılsiz, əsassız sözü ixtira etdi isə heç olmazsa vicdan
əzabı çəkər, zənn edirəm!