AÇIQ MƏKTUB. Cümələr oynayan (truppaya) teatrçılara

Mən eşitdim ki, siz mənim "Nadir şah" ünvanlı əsərimi məndən xəbərsiz
oynamaq üçün polisdən rüsxət alıbsınız. Bu əhvalat mənə böyük təsir etdi.
Yaralarsınız onsuz da çoxdur. İndi siz vadar edirsiniz ki, mən haman yaralardan
birini camaata elan edim. İndi siz vadar edirsiniz ki, "qurd olub quzu cildində"
camaatı "düz" yola dəvət edənləri mən camaata göstərəm.

Əcəba! Təzə meydana gələn cavanlar! Mən sizdən bu hərəkəti gözləmir idim.
İndi goründü isə suallarıma cavab istərəm. Buyurunuz əfəndilərim: "Nadir şah"ı
oynamaq üçün ibtida kimə müraciət edildi, mənəmi? Mən sizin arzunuzu qəbul
edib kəndi şərtlərimi söylədim. Siz razı oldunuz. Təyin olan gün gəlib rolları
payladım. Mən gedib də sizdən xəbər gözlədim görək nə vaxt rolları təkrar
etmək üçün yığılacaqsınız. Bir neçə gün keçmiş sizin yoldaşlardan biri mənə
bildirdi ki, sizlər mənə verdiyiniz sözün üstə durmursunuz. Guya istəyirsıniz
özünüz mənsiz oynayasınız. Bunun üzərinə yoldaşınıza dedim ki, siz
yoldaşlarınıza deyiniz ki, mən onların cəmiyyətində bu işə hənuz hazırlıq
görmədim. Mən onlara "Nadir şah"ı oynamağa rüsxət vermirəm... Mənim bu
sözblərimdən sonra siz "gizlin" gedib polisdən rüsxət alırsınız...
Sizin bu hərəkətinizə heyrət edirəm. Məgər, beş-on nəfər adamın içində bir
zat tapılmadımı ki, hərəkətinizin naqisliyini göstərə? Mənim cavabım sizin şan
və vüqarınıza toxunmadı? Yoxsa mənafeyi-şəxstyyətiniz gözünüzü bir tövr
tutubdur ki, insana lazım olan sifətləri özünüzdən kənar edirsiniz? Mənim
sözlərimin əcəba, sizə bir təsiri olmadımı? Yoxsa, oldu da siz zor ilə yenə iş
görmək istəyirsiniz? İş zora qaldısa mənim sözüm yoxdur, onda mən də sizin
hərəkətləri camaata tapşırıram. Həmin camaata ki, siz onlara teatrda nəsihət
vermək istərkən, özünüz onların nəsihətinə möhtac qalıbsınız. Qoy bilsinlər ki,
siz nə məqsəd ilə əsərimi teatra qoyursunıız... Mən yenə də deyirəm:
cəmiyyətimizi bu işə hazır görmürəm. Cəmiyyətdən insaf, mürüvvət, ədalət tələb
edirlər. Bir yaxşı fikir ediniz, siz bu sifətləri layiqilə kəsb edə bildinizmi?..
Bundan müqəddəm teatrlar camaat xeyrinə bina olunurdu. Ona görə
cavanlarımızda görünən qüsurlara çox da diqqət olunmur idi. İndi Bu barədə sizə irad tutmağa heç kəsin ixtiyarı yoxdur! Çox gozəl işdir. Lakin
qeyrisinin ixtiyarına qarışmaq sizin tərəfinizdən boyük cəsarətdir!.. Siz fikir
etdiniz ki, keçər gedər, xeyr əfəndilərim, keçər gedərdi, lakin indi yox! İndi
işinizə dörd göz ilə baxınız. Siz teatr sənətkarısınız, bundan sonra ümid edirəm
adınızı teatrçı qoyub da camaatı mənasız komediyalar ilə yemləməyəsiniz...
Rollarınıza artıq diqqət edib "hədəm-dəmə, damdan-dama" söyləməyəsiniz.
Bunlar hamısı keçər gedər, lakin "gizlin" iş görməyinizə çox təəccüb!
Bilirsinizmi gizlin iş kim görür? Sizin bu hərəkətinizi camaata tapşırıram. Qoy
camaat görsün teatrda ona nəsihət verənlər nə yolda hərəkət edirlər...
Eşitdiyimə görə, mənim barəmdə çox şeylər söyləyirsiniz. Məni camaata
istədiyinız kimi qələmə veriniz. Bu yolda işləyinız, əfəndilər... Lakin məni
camaat tanıyır, həm də bir ildən bəri deyil, 15 ildən bərİ tanıyır... və hər növ
xidmətlərimi təqdir efmişdir, zənn edirəm... Amma indi hər nədənsə, sizin
nəzərinizdə pis adam oldum; çünki öylə zənn edirsiniz ki, pul qazanmağınıza
mane oluram, arama səhviniz, böyük səhviniz var. Mən sizin ən səmimi qəlb
xeyirxahınızam... və sənət və hünəriniz sayəsində pul tədarük edə bilməyınizi ən
ziyadə arzu edənlərdənəm. Ancaq bu surətdə deyil, başqalarının haqqını
tanımamaq surətilə deyil!..
Bu bir haqq və doğru sözdür deyirəm. Hər nə fikirdə olursunuz olunuz.