Bir neçə ay bundan müqəddəm Qafqaz qəzetlərinin yazmağına gorə belə
məlum olurdu ki, cənab Katolikos milli erməni müəllimləri üçün bir yerə yığılıb
ictimai (syezd) etməyi vacib bilibdir. Bu ictimadan məqsəd Qafqazda erməni
müəllimlərinin bır müəyyən vaxta Eçmiadzinə cəm olub məktəblər barəsində öz
təsəvvürlərini söyləməkdir. Bu məclisdə ümumi bir proqramma düzəldib
zəmanənin təqazasına görə hərəkət etmək istəyirlər... Erməni milləti, xah ruhaniləri, xah
camaatı ibtidai olan kəndi millətinin xoşbəxtliyini məktəbdə görüb, onun hər
cəhətdən tərəqqi tapmağına böyük qeyrət və hümmət göstərirdilər. Məktəbdən
məhrum olan kənddə öz xərcləri ilə məktəblər açıb, bu əmr üçün dövlətə
müraciət etmirlər. Məktəblər ermənilərin öz əllərində olub, istədikləri qaydaqanun
ilə dərs verirdilər. Ana dilini uşaqlar üçün vacib bilib, bu barədə böyük
tərəqqi göstərmişdilər. Müəllimlərə artıq hörmət edib, onların hər cəhətindən
dərdlərinə əlac edirdilər. Müəllimlər isə camaat tərəfindən artıq mehribanlıq
görüb, öz işlərinə can yandırırdılar...
İndi cənab Katolikosun fikri ilə meydana gələn ictimai milli məktəblərin daha
ziyada tərəqqi tapmağına səbəb olacaqdır...
İndi biz kəndi məkləblərimizin barəsində nə söyləyə biləriz? Ya
ruhanilərimiz, ya camaat tərəfindən lazım olan həmiyyət, hümmət göründümü?
Bir neçə şəhərdə iki cüt bir tək şəhər xərcinə açılan məktəblərimi nəzərə alıb
təsəlli tapacağız? Yox, əfəndim, bu barədə heç bir şey söyləməməli... Fəqət
qeyrilərinə baxıb da dərsi-ıbrət almalı! Vaxt keçibsə də, ittifaq edib qabaqda
gedən qonşuları elm və fənndə, sənətdə təqib etməli, yüyürüb onlara çatmalı!
Yoxsa getdikcə qaranlıqda qalıb işlərimiz fəna, özümüz xar və zəlil olacağız.
Başımız hər nədənsə vurulan toppuzlara əcəb davam edir.
İndi üzümüzü ruhanilərə, hatəmlərə, ədiblərə və hamı oxumuşlarımıza tutub
deyiriz: Bakı müsəlman müəllimləri avqust ayında Bakıda Qafqazda müsəlman
müəllimləri üçün syezd düzəltmək fikrindədirlər. Bunlar bir yerə yığılıb
dərdləşəcəklər, bir-birilə qovuşacaqlar. Ümumi bir proqramma düzəldib, ittifaq
ilə iş görəcəklər... haman məclisdə millətin ümumi qüsurlarını diqqətlə alıb,
dərdimizə əlac arayacaqlar...
Bu gözəl fikirləri əncama gətirmək üçün camaat tərəfindən hümmət,
həmiyyət və qeyrət lazımdır. Ruhanilər bu barədə vəz gərək etsinlər. Köhnə atababa
məkləblərində təzə qayda ilə (üsuli-cədid ilə) dərs verməyə məktəbdarları
vadar etsinlər. Hər şəhərdən, hər kənddən Bakı ictimaine heç olmasa bir
məktəbdar göndərsinlər.
Zənginlarimiz pul ilə kömək gərəkdir etsinlər. Kasıb müəllimlərimiz çoxdur,
ya Bakıya gəlməyə və yainki Bakıda syezdin axırınadak keçməyə qüvvələri kafi
deyildir. Bu barədə kömək etməklə, laməhala, hər şəhərdən və hər uyezddən bir
müəllim gəlsin, tainki syezdin fikir və qərarı Qafqazın hər tərafində intişar
tapsın...
Mühərrirlərimiz və qeyri oxumuşlarımız bu barədə kəndi fikirlərini
qəzetlərdə yazıb, sizin üçün lazım gələn məlumatı izah etsinlər... Xülasə, hər
kəsln qüvvəsi neyə çatırsa, əlindən nə gəlirsə dərc etməsin gərək.