HENRİX İBSEN

"Yaşamaq, diri olmaq ağıl və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə
mübarizə (qovğa) etmək deməkdir".
"İbda etmək! - insan öz nəfsini təhti-mühakiməyə almaq deməkdir" (İbsen).
Nə dərin, gözəl və həkimanə sözlər! Zindəganlıq-həyat nə olmağını keçmişdə
filosoflar, şairlər tövrbətövr həll ediblər: kimi "Həyat daima bir müharibədir",
deyibdir, kimi "Həyat mənasiz bir şeydir"... kimi "Həyat məhəbbətdir" yazıbdır...
Xülasə öz fikrim bu barədə bir ayrı cür söyləyib, rüzgarın sədəmələrinə görə
kəndi heysiyyətlərini ifadə edibdirlər... Fəqət "Həyat ağlın və ürəyin gücü ilə
zülmətdən xilas olmaq olub və insan özü öz üstündə təftişçi bulunmaq və öz
nəfsini məhkəməyə çəkmək gərəkdir" bu sözlər nə qədər dərin və mənadar
olmağını düşünəlim!

Bu gözəl fikirlərin sahibi Henrix İbsen ümum Avropanın xüsusən
Norvegiyanın bəzəyi olub, zəmanə filosofu hesab olunur idi. Və ümum
ədəbiyyat aləmində işıqlı bir böyük çirağ olub yanarkən bir neçə gün əqdəm
sondü... Doğru, bəqası olmayan bir bədən fənaya, uğrayıb axır qara torpağa nəsib
oldu, lakin onun gözəi fikirləri, mənalı və nüfit sözləri getdikcə intişar tapıb
niknamın baqi və ziyadə qalmağına bais olacaqdır...
Henrix İbsen Norvegiyada 1828-ci ildə təvəllüd tapıbdır. Mütəvəffinin
bioqrafiyası, tərcümeyi-halı çox qısadır: 16 sinnində aptekxana mütəllimi
olubdur. 20 sinnındə, yəni 1848-ci ildə Almaniyada başlanmış inqilabın seli bu
cavanın inqilabiyun-amiyun firqəsinə sövq etdi. Bu gündən tibb elmini təhsil
edərkən beynindəki gözəl fikirləri, ürəyindəki dərdləri balaca komediyaları ilə
ifadə edirdi. Azad fikirlərini vətənində aşkar söyləməyə ixtiyarı olmayıb diyariqürbətdə
Avropanın qeyri şəhərlərində sakin olardı. Vətənindən iraq düşüb onun
barəsində olan fikirlərini aşkar yazardı. Vətəndaşlarını hürriyyətə dəvət edib,
onları müstəqil "hörümçəklərdən" xilas etmək istərdi.
Henrix İbsenin sərgüzəşti və qayeyi-həyatiyyəsi onun öz əsər və
təsnifatındadır! Bunların çoxunda başqa bir adla özünü meydana çəkib kəndi
halını vətənə, insaniyyətə dair təsəvvürünü məzkur əsərdə bəyan edir. Əsərlərini
komediya və drama qaydası ilə yazıbdır. Bunların ən məşhürları: "Doktor
Ştokman", "Çöl ördəyi", "Qedda Qobler və s. rus dilinə dəxi tərcümə olunubdur.
Ümid olunur ki, müsəlman dillərinə də tərcümə edirlər!..
Yazdığı inşaları artıq diqqət edib bir kəlmə, ya istehza və ya bir mətləb əbəs
yerə işlətməyibdir. Henrix İbsen zamana müəllimi olub, qarelərini həməvaxt
doğru yola dəvət edirdi. Əsil məqsədi insanın əxlaq və ətvarını düzəltmək olub,
onu nəfsinin üstə ağa etməyə çalışır idi ki, bu növ məslək, ehkam VƏ fəlsəfeyiislamiyyəyə
dəxi müvafiq gəlir!..
İbsen sidq və həqiqti həsənatın ən əlası hesab edirdi.
Demək olar ki, Henrix İbsen fəlsəfə və hökmiyyti cəhətilə rus ədibi-kamili
Lev Tolstoy bir dərəcədə hesab olunur. 80 sinninə yetişib bir piri-salxurdə
olduğu halda ürəyi daim bir növcəvan ürəyi kimi zərbə edirdi. İnsanın
xoşbəxtliyini mütləq hürriyyətdə görür idi... Xüsusən arvadların hüquqiinsaniyyətləri
tərəfdarı olub, onları zükurun nəzəri həqarətkarənələrindən və
narəva müamülatlarından xilas etmək təriqi tutmuş idi. Əsasında qabili-zaval
olan şey zail oldu. Fəqət onun ruhi-mənəviyyəsi və gözəl əsərləri baqi qalıb
insaniyyətə yol göstərən çıraqlardan biri oldu... Buna şübhə yoxdur.