Həqiqət halda bu diplomluların məqsədləri nə idi?
Bunların məqsədi camaata özlərini hər elmdən xəbərdar qələmə verib
müəllımlərin üstə böyüklük edib amir olmaq idi; daha dürüstü, onları ortadan dəf
edib özlərini camaata millətpərəst, millətin dərdinə dərmanşünas göstərmək idi.Axırda məqsudlarına çatdılar. Camaati-zəmanəni əllərinə alıb nerəyə
istədilərsə çəkdilər. Müəllimləri nəinki camaatdan kənar etdilər, hətta aralarına
bir boyük nifaq salıb arada arxayınlıqla dəmgüzar olmağa başladılar.
Bu kompaniyanın müəllimlərə xidmətləri bir dərəcədə idi ki, sözləri qurtarıb
hər yerdə növ ilə diplomdan dəm vururdular! İddia edirdilər ki, "ancaq biz
cəmiyyətləri, məclisləri kənar məclislərinə görə bilirik, yaxşı paltar, kraxmal
koynək geyməyə ancaq bizim ixtiyarımız var, müəllim nə, qolalı köynok nə!
Xülasə, hər vəchlə, hər yol ilə müəllimləri camaatın nəzərində həqir göstərməyə
çalışır idilər. Axırda min fənn ilə onların ittifaqını dağıtmağa müvəffəq oldular,
lakin bunun əvəzində camaata quru boş sözlərdən başqa bir şey vermədilər...
Biçarə müəllimlər isə bir tərəfdən insafsız "böyüklərin" sadəmələrinə, digər
tərəfdən dövlət qulluqçularının tərizlərinə düçar olub öz başlarını qorumağa
başladılar. Bir neçəsi "böyüklərə" tabe oldusa da, bir neçəsi də olmadı. Nifaq
getdikcə qüvvət tapıb axırda bir-birinin işlərindon xəbər tutmadılar. Hərə bir yol
ilə hərəkət edib ancaq cidd-cəhd edirdilər ki, boyunlarında olan təklifi yerinə
yetirsinlər.
Axır vaxtadək bu minval üzrə hərəkət edirdilər. Fəqət zəmanə dəyişdi, təğyir
tapdı. Möhürlü ağızlar açıldı, neçə illərlə bir-birinin üstə toplanmış dərdlər aşkar
olmağa başladı. Camaatın və millətin dostu-düşməni kim olmağı məlum oldu,
qara ağ yerinə, ağ qara yerinə daha işlənmədi. Camaatı düz yoldan azdıran
"böyüklər" "quyruqlarını" gizlətdilər, sözləri məclislərdə camaat üçün daha
qanun olmadı, niyyətləri, "planlar"ı iŞƏ keçmədi. Keçmədiyi üçün tərəqqi yolu
da təmizləndi. Saf ürəkli, sadə təbiətli "bir para" adamların nəzərində "həqir"
görünən, lakin millətin həqiqi dostları, camaatın səmimi xadimləri olan və hamı
mədəniyyətli millətlərdə etibar və mərtəbələri artıq bulunan müəllimlərə yol
açıldı. Bunlar ilə camaatın arasında ola hail rəf olundu, bunlar indi camaatla üzüzə
rast gəlib demək istəyirlər: Ey camaat! Ey millət! Biz sizdən ötrü elm təhsil
etmişik. Axırda bizləri dürlü-dürlü azarlara, mərizlərə mübtəla edən bu sənəti
sizin başlarınızın xatirəsi üçün özümüzə qəbul etmişık. Bizə təlim-tərbiyə verən
ustadlarımız "siz camaatdan, millətdən ötrü hazırlanırsınız" deyib nəsihətlər
verirdilər. Bizim aldığımız tərbiyə və təhsilə görə biz gərək sizin ailəniz
əfradından hesab olunaq. Biz sizın dərdinizə qalanda siz də bizim dərdimizə
gərəkdir qalasımz. Əl-ələ verib bir külfətin üzvləri kimi ümumi bir məqsəd üçün
çalışmalıyız.
Siz bilmırsİniz ki; firəng vo Almaniya davasında fırənglorə qalib gəlon
müəllimlər olublar? Siz bilmirsinizmi ki, balaca dünyada camaat milli
müollimlərə bir mərtobadə hörmət, mehribançılıq göstərir ki, müəllim olıııaq
orada böyük səadot hesab olunur? Məgər gözünüzün qabağında qonşu erməni millətini ittifaq, ittihadım görməyirsinizmi? Kimdir bunlara səbəb?
Bunların tərəqqisi müəllimlərin sayosində deyilmi?
Bəli, bu sözlar avqust ayının 15-də camaata deyiləcəkdir, müol-limlor
ictimai bu sözlərİ noinki dil ilə, hətta fel ilə dəxl camaata, mil-ləto
bıldirəcəkdİr kİ, haman ictima camaatdan, millətdon ötrii yığı-lıbdır.
İllərlo başsızlıqdan, ittifaqsızhqdan bir-birimizin ehtiyacına, dərdinə
xəbərsizliyimizdən yanaşı ctdiyiıniz sohvlər haman moclisdə təshih
ediləcokdir. Ümum bir qayda, bir qannn arayıb dərdlərimizo çaro
ayıracaqlar. İttifaq vo ittihad cdib bu tolim-tərbiyəyə dair qü-suratımızı
rəf etmok üçüıı ycni üsullar və zəmanənln toqazasma görə yeni
proqramlar düzəldəcəklər.
Açıq söyləyəlim: indi bir məqamdır ki, haqq üzə çıxıb tonozzülüıı əsi!
sobobi nələr və kimlər olmağı aşkar olacaqdır. Müəllimlər milli
ınəktəblərimizə dair məsələləri həll edib özləri bacardıqlarmı kəndi
öhdolorino götiirəcəklər, bacarmadıqlanm camaata mühəvvəl edə-cəklər.
Hər kəs öz işini gorokdir aparsm, öz vozifəsini, təklifini anlasın.
Tainkİ məqami-tənəzzüldə nə camaat müəllimləri, nə müəllimlər camaatı
günahkar etməsİn. Daha doğrusu, heç tənəzzülə, tədonniyə meydan
qalmasın. Bu vaxtadək moktəblərm proqramlarmı İlminskinin
"yoldaşları" düzəldir idi, yainki pedaqojiyadan, elm və tərbiyeyi-et-faldan
əsla xoborləri olmayanlar. Bu vaxtadək hamı üləmalar rus dilindo oxunur
idi. İndidən sonra isə türkü öz ana dilimizdə oxu-nacaqdır. Bu vaxtadək
təlim kitabları rus dilində idi. İndi haman kitablar gərəkdir türk dilindo
olsun. (...)- Bu mssələlərin hamısını müəllimlor ictimai nəzərdən keçirib
yeni proqram düzəldocoklər, yeni təlim kitabları scçib çap edocəklər.
Ümid ediriz haman bu məclis ilə müəllimlərimiz müollitnliyə məxsusi
qeyrət, hümmət homiyyətini göstərələr. "Bir ııeço" adamm vasitosilə
camaatın nozərində həqir sayılan, iş görnıəyən "tənbəl"müəllimlərin üstündən ləkəni götürüb bildirələr ki, bizim milli müəllimlər də
qeyri tayfaların müəllimləri kimi camaata yol göstərə bilərlər, mıllətin dərdinə
əlac aramaqda "heç kəsdən" əskik deyillər. Belə olursa, "yalançı pəhləvanlar"
aradan götürülər: millət, camaat özü ikinci ictimain (şyezdin) çağırılmağını tələb
edər...
Vaxt var idi Bakı işıqlıq mərkəzi kimi nəzərə gəlirdi, nəinki Qafqaz, hətta
daxili qubernıyaların müsəlmanları gözlərini buraya tutub böyük ümidlər
edirdilər. Çünki tərəqqi, mədəniyyət cəhətıncə bir hərəkət görünür idi...
Hərəkətin səbəbi rus-müsəlman adlanan məktəblər olmuşdu desək, səhv
etmərik, zənn ediriz.
İki cavan kasıb müəllim Bakıya gəlib "borc-xərc" bir məktəb binasını
qoyurlar, camaatın nəinki fikrindən belə bir məktəb keçmir idi, hətta əksəri buna
zidd əqidədə ikən iki cavan zəmanənin təqazasını ipək gözəl anlayıb cürətlə
meydana gəlirlər. Nuh vaxtından qalmış qanuni-tədris ilə hərəkət edon
məktəblərin müqabilinə üsuli-cədid məktəbi çıxardırlar, çıxardıb da köhnə
məktəblə yeni məktəbin müharibəsinin başlanmağına səbəb olurlar.
Bu iki cavan müəllim təhsil etdikləri pedaqoqa elminə ümid bağlayıb
qeyrətlərini, səylərini gün-gündən artırarkən, köhnə məktəbdə müəllimləri atababa
qaydası ilə uşaqların əqillərinə seyqol verəcək yerdə onların zebinlərini kor
etməyə çalışır idilər...
Camaat isə təzə bir şey, bir qayda görməyib buna qanaət edərdi. Lakin çox
çəkmədi, camaat yeni üsuli-cədid ilə hərəkət edən məktəbin gücünü görüb bir
fikrə getdi. Gördü iki, üç kohnə qayda ilə oxuyan ıışaq axırda öz adını da dürüst
yaza bilmir. Üsuli-cədid qaydası ilə oxuyan uşaqlar iki ayın ərzində ana dilində
və yarım ilin ərzində rus dilində yazıb oxuyurlar...
Camaat buna görüb üsuli-cədid məktəbinə rəğbətlənir. Uşaqlarına xeyirxah
olan aqibəti dürüst nəzərə gətirən atalar yeni məktəbin qapısını tanıyırlar...
Camaatın rəğbətini görüb iki cavan daha ziyadə səylərini artırırlar. Rusmüsəlman
məktəbi günü-gündən tərəqqi edir. Axırda bəs etməyib camaat özü
belə bir məktəbin artmağına səbəb olur.
Şəhər duması camaatın xahişinə görə rəsmi rus və tatar şkolaları açır. İlbəil
bu məktəblərin ədədi artir, bunların ədədi artdıqca müsəlman müəllimləri də
Bakıda çoxalır. O vaxt bir vaxt idi ki, müəllimlərdən başqa qeyri ziyalı yox idi.
Bir, ya iki rus, ya Avropa darülfünunu qurtaran var isə də, onlar da milyonçulara
qarışıb günlərıni eyş-işraflə keçirir idilər.
Bunlardan müqəddəm Bakıda yenə bir-iki oxumuş müsəlmanlardan var idi.
Lakin iş görə bilməyib nəinki tərəqqi, hətta otuz il müsəlmanları geri saldılar.
Çünki işi tədbirsiz başlamışdılar.
Nə isə, Bakının təzədən tərəqqi zamanı başlayır. İndi iş görənlər universitet
"njşanı ilə" meydana gəlmirlər. Pedaqogika - didaktika elmlərinə pənah aparıb iş
başlayırlar. Bunlar darülmüəllimində əzbər etdikləri "asandan-çətinə və ya,
yavuqdan-uzağa hərəkət etmək" qanunları ilə tərəqqi yoluna ayaq qoyurlar.
Bunlar hər tərəqqinin başı məktəb olmağını anlayıb, "ağzı köpüklü" danışmağa
zidd olub səssiz-sədasız hərəkət edirlər. İbtidai məktəb işlərinə artıq diqqət edib
üsuli-cədid məktəblərinə camaatı daha ziyadə rəğbətləndirirlər.
Məktəbləri rus-tatar şkolaları müvafiq qayda ilə aparıb boyüklər üçün də
tərəqqi yolu arayırlar.
Nəinki Qafqazda, hətta cəmi Rusiyada görünməyən əvvəlinci müsəlman
qiraətxanası açırlar, həmin qiraətxanaya hamı müsəlman mərkəzlərindən
qəzetələr, jurnallar gətirdirlər. Müsəlman camaatı türk, fars, ərəb qəzetlərini
mütaliə edib qeyri məmləkətlərdə sakin olan din qardaşlarmın əhvalından xəbər
tutarlar və nə yolda hərəkət etməklərini, nə fikirdə olmaqlarını bilirlər.
Müəllimlər buna da bəs etmirlər. Bunlar teatr, böyüklər üçün məktəb
olmağını anlayıb teatr işinə artıq diqqət edirlər. Bu yolda yeni faciələr yazırlar,
ya qeyri dillərdən tərcümə edirlər.
Teatr çıxardanların oyunlarına artıq diqqət edib hər "oyunçu"nu araya
qoymurlar. Camaat isə yavaş-yavaş teatr işinə rəğbət göstərir. Teatrdan yığılan
pullara yetim uşaqları oxudurdular... Müəllimlər Çəkdikləri zəhmətin meyvəsini
gördükcə hümmət, həmiyyət, qeyrətləri artırdı. İttifaq ittibadları daha ziyadə
qüvvət tapır idi. Bəli, müəllimlər böyük bir ittifaq edib, boş vaxtlarını millətin
yolunda sərf edirdilər. Bunların ittifaqı, tərəqqi yolunda hərəkətləri, nəinkı
Qafqaz müsəlmanlarını, hətta Rusiyada bitərəf, ümum tərəqqiyə şad olan rus
camaatı belə sevindirir idi. Bakı müəllimlərinin hərəkəti barəsində
mədəniyyətə dost rus qəzetləri kərmülə məqalələr yazıb müsəlman camaatını
təbrik edırdilər. Edib də işığın yolunu ziyadə asan etmək üçün cavan müsəlman
müəllimlərinə yol göstərirdilər...
Xülasə demək olmazdı Bakı müəllimləri yatırlar, iş gormürlər, ya görmək
bacarmırlar. Demək olmazdı ki, cavan müəllimlər ancaq öz şəxsi mənfəətlərı
üçün çalışıb milləti bilmərrə unutmuşdular və öz vəzifələrinı, borclarını
anlamırdılar. Qeyri tayfaların milli müəllimlərinə nisbətən ola bilsin ki, az iş
görürdülər, fəqət "haman az işi" görürdülər, mümkün olan qədər çalışırdılar...
Bu "az işi" gizlətmək olmayacaqdır. Bakının tarixini yazan biqərəz şəxs "bir
neçə ildə" milli müəllimlər tərəfindən görülən hümməti, həmiyyəti, qeyrəti
unutmayacaqdır.
Biz "bir neçə ildə'' deyib milli müsəlman müəllimlərinin sonrakı
hərəkətlərini, işlərini nəzərdə tuturuz.
Bəli, ancaq "bir neçə il" tərəqqi yolunda bulunarkən müsəlman müəllimləri
iki o qədər tənəzzül yolunda dövran sürüblər, yəni məktəbdən kənar millət
işlərinə qarışmayıb qeyri-rus çinovnikləri kimi ayın iyirmisini gözləyiblər və boş
vaxtlarını kəndi keflərinə sərf edib camaat tərəfindən töhmətə layiq olublar.
"Bakı müəllimləri məvacibin çoxluğundan eyş-işrətə məşğul olub öz təkliflərini
layiqincə əmələ gətirmirlər. Millət üçün bir tərəqqi yolu açmırlar, təlim kitabları
yazmırlar..." Belə bir acı sözləri camaatdan indi eşidiriz, camaat belə bir qan
xarab edən töhməti deyib haman müəllimlərin keçmişdə göstərdikləri
qulluqlarını bilmərrə unudur və buna, yəni müəllimlərin həqiqət, "çinovnik"
olmaqlarına əsil səbəb nə olmağını ya bilmir, yainki qəsdən bilmək istəmir...
Həqiqət pərişanlığa səbəb nə oldu? Müəllimlərin ittifaq ittihadını kim pozdu?
Yoxsa sonradan gələn müəllimlər şüursuz, millət dərdini çəkməyən olublar?
Xeyr! Sonradan gələn müəllimlərdə günah yoxdur. Bunlar nə bilikdə, nə də
qeyrət xüsusunda əvvəlkilərdən əskik deyildilər. Bunlar, ehtimal əvvəlkilərdən
də artıq hümmət, həmiyyət göstərə idilər: lakin... Lakin bunlar Bakıya gəlib
əvvəlki müəllimlərin ittifaqın ittihadını pozulmuş gördülər... "Nə bülbüldən bir
əsər, nə sünbüldən bir nişanə!" Əvvəlki yoldaşlar müəllimləri məyus, pərakəndə
görüb özləri də pərakəndə, bir-birindən xəbərsiz işləməyə başladılar...
Axırda camaat tərəfindən töhmətə, məzəmmətlə layiq oldular. Camaat niyə
də töhmət etməsin? Köhnə müəllimlərdən zühura gələn
müvəffəqiyyətlər yenilərdən zahir olmadı. Bunlar nəinki məktəbdən kənar millət
işlərinə qarışmadılar, hətta özlərinə tərtib edən vəzifələrə, təkliflərə qarşı rus
çinovnikləri kimi hərəkət edirdilər. Ancaq aldıqları məvacibə görə işləyib boş
vaxtlarını şəxsi mənfəətlərinə sərf eləyirdilər. Camaat isə köhnə müəllimlər ilə
təzələrin işlərinə təfavüt qoyub əlbəttə, təzələri hümmətsiz, həmiyyətsiz hesab
edərdi. Fəqət eyni camaat özündə hümmət və qeyrət, milliyyə hissiyyatı nə
dərəcədə olmağını düşünmürdü: "Öz gözündə qılı görməyib özgə gözündə tircə
görən" camaatımız yenə də səhvini düşünməyib biçarə müəllimlərə olmayan
sözləri deyirdi!.. Camaatımız düşünsəydi ki, hər miliət üçün tərəqqi qapısı
məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır, əlbəttə,
bir kərə dürüst fikir edərdi: nə səbəbə ibtidai ittifaq ilə millət yolunda çalışan,
qeyrət göstərən müəllimlər indi pərakəndə olub hərə bir yol ilə yeriş edir? Bu
sualın üstə bir az fikir etsə idi, yəqin ki, özünün müqəssir olmağını anlardı,
vaxtında dərdinə əlac tapardı.
Bir vaxt var idi, müəllimlərsiz millətə dair işlərə baxılmazdı. Məclislərdə səs,
rəy verən müəllimlər olurdu. Təsəvvürlərinə diqqət olunurdu. Lakin bir vaxtdan
bəri camaat haman müəllimləri məclislərdə görmədi, onların fikirlərindən
xəbərdar ola bilmədi. Sözü açıq deyəlim: onlar indi lüzumsuz bir üzv olub artıq
araya qoymadılar. Camaatımız isə bu əhvalı görüb heç soruşmadı: nə əcəb, indi
müəllimlər işə qarışmırlar? Məclislərdə görünmürlər?
Müəllimlər iki qiraətxana açdılar; qiraətxanalar "bir vaxtadək" davam edib
sonra bır ayın ərzində ikisi də bağlandı. Camaat heç xəbər almadı: niyə, nə
səbəbə bunlar bağlandı?
Müəllimlər "bir vaxtadək" ildə neçə dəfə teatr qoyub yetim uşaqları
gimnaziyada oxudurdular. "Bir vaxtdan sonra" müəllimlər bu işdə soyuq
tərpəndilər: yetim uşaqları gimnaziyalardan qovurdular. Direktor müsəlman
uşaqlarını qovmaq istəməyib üzlərini camaata tuturdular, kömək istəyirdilər.
Camaat isə heç bir fikir etmirdi ki, bu vaxtadək bu yetim uşaqlar kimin xərcinə
oxuyurdular? Onlara müəllimlər kömək edirdilər isə niyə indi kömək etmirlər?
Müəllimlər ana dilində kitablar yazırdılar: Haman kitabların sədası Tiflis
qəzetələrindən gəlirdi, bu kitablar Bakıda çap olunur idi. Lakin Tiflis əhli haman
kitabların barəsində Bakı əhlindən tez məlumat alırdılar...
Camaatımız yenə də "zəhmət çəkib" səbəbini bilmək istəmirdi. Sual etmirdi:
nə səbəbə bu barədə "bizim" qəzetələr yazmırlar? Xülasə, müəllimlərin hər
addımında, hər hərəkətində bərəkslik görüb camaatımız nəinki bağırmır idi, hətta
söhbət məqamında quru təəssüf də göstərmir idi... Deyəsən gərək belə də olaydı.
Bir-iki yalançı pəhləvan millət, millət deyib meydana çıxan vardı isə də, bunlar
da "ah, nə pis iş oldu" deyib, "Allah kərimdir" sözləri ilə özlərinə təsəlli
verirdilər. Daha anlamayırdılar ki, doğru, Allah kərimdir, lakin vaxt kərim deyil!
Bunu düşünmürdülər ki, öz əlləri ilə özlərinə quyu qazıb yüz min məşəqqətlə
meydana gələn milli işiərini mürur ilə puç etmək istəyirlər.
Açıq söyləməli: camaatımızın ağlı gözündə olub, həqiqət, millət dostu kim
olmağını düşünmədi... Diploma, nişana aldanıb quzu cildində qurdlara yol
açdılar, sidq ürəklə təmənnasız, qərəzsiz milli hissiyyatı ilə meydana gələn
müəllimlərin yollarını bağladılar. Bunları gözdən salıb "diplomluların"
ətəklərindən yapışdılar... Yapışıb da ümum tərəqqini on il dala saldılar. Buraya
ümid bağlayanların ümidlərini birmərrə kəsdilər. Bakı "bir vaxtadək" tərəqqiyiittifaq
mərkəzi hesab olunur idisə də, indi tənəzzül və nifaq mərkəzi olmağına
şübhə
Hal-hazırda nə ilə özünüzə təsəlli verirsiniz? Şəhər dumasında bəzi
oxumuşlarımızın bulunmağı iləmi, ya əlimizdə olan qəzetələrləmi? Bunları
böyükmü səadət hesab edirsiniz? Ediniz, lakin insafı əldən buraxmayınız, bir
yaxşı fikir ediniz! Kim idi məclislərdə, qəzetlərdə bağırıb-çığıran, yazan ki, bizə
milli qəzetə lazımdır? Kim idi zasedaniyalarda, iniqablarda yazan, dil bilməz
qlasnıları qəzetələrdə həcv edib onların əvəzinə oxumuşlardan seçiniz deyən?
Kim idi? Müəllimlər deyildilərmi? Haman diplomluları sizə nişan verənlər
bunlar deyildilərmi? Onlara "rahat yuva" hazırlayan müəllimlər olmadılarmı?
Yox əfəndim! İnsaf! İnsafla meydana gəliniz! Müəllimlərdə qüsur görürsünüzsə,
öz qüsurunuzu, xətanızı örtüb basdırmayınız?
Müəllimlər, yenə deyiriz, "bir vaxtadək" öz təkliflərini dürüst anlayıb
bacardıqları qədər iş görürdülər. "Bir vaxtadək" ah, nə yaxşı, nə gözəl bir vaxt
idi! Bir tərbiyəli, bir təsəvvürlü müəllimlər əl-ələ verib hamı bir adam kimi
hərəkət edirdi. Saf ürəyilə ümumi bır məqsədə yeriş edərkən qeyri oxumuşları,
qeyri mənsəb sahiblərini arayıb tapırdılar. Bunlar ilə də ittifaq etmək istəyib
nadanlığınmüqabilinə zor qoşunla çıxmağa cidd-cəhd edirdilər. Lakin heyif! Çox heyif ki,
müəllimlər sadə, saf ürəklə meydana gələrkən "qeyri oxumuşlar" diplomatlıq
qaydası ilə hərəkət edirdilər... Bunlar bir kibr və qürurla müəllimlərə baxıb
camaatın nəzərində onları həqir göstərirdilər. Camaat isə onların xədəmələrinə
aldanıb müəllimlər göstərdikləri qulluqları bilmərrə unudub, "əsil millətpərəst
bunlardır" deyib diplomların ardınca getdi. Axırda müəllimlərə həqir baxanları
onlara böyük etdi... Şan-şövkət gəzənlərə bu bəs edərdi! Əllərinə ixtiyar alıb sağsolunu
gözləməzdilər. Bu işin aqibəti nə olar? Sualını fikirlərindən keçirtməyib
hər məclisdə, hər yığıncaqda "müəllimlər heç bir şey etmirlər və etmək də
bacarmırlar" deyib, camaatın qulağını doldurur idilər. Axırda bunların "təlim
işlərinə əl uzadırdılar", "pedaqogika", "didaktika", "psixologiya" elmləri nə
olmağını əsla anlamayıb bunların hərəkətlərinə irad tuturdular. Hətta cürət edib
zikr olunan elmlərdə bunların səhvlərini göstərirdilər... Məqsədləri nə idi?
Millətin fəqir və zəlalətinə əsasən səbəb onun əqil və mənəviyyatının fəqir və
nöqsanıdır.
Bu sözləri sadə demək hünər deyildir. Bir də deyib də əməl etməlidir. Henrix
Pestalotsi bu sözləri həm dedi, həm də dediyinə əməl etdi. Ağlını, ruhunu,
malını, ömrünü axır nəfəsinədək millət yolunda, daha dürüstü, yetim uşaqların
yolunda sərf edib dünyaya əlvida etdi.
Bir müəllim müəllimliyə hazırlanarkən ola bilərmi ki, Henrix Pestalotsinin
adını eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan məhəbbətini bilməsin?
Təlim və tədrisə dair nəsihətlərini oxumasın?
Doğrudur, Henrix Pestalotsi 79 il bundan müqəddəm dünyadan köçübdür.
Lakin 79 il bundan müqəddəm dediyi sözlər, təlim və tərbiyə yolunda göstərdiyi
hərəkətlər indiyədək və bundan sonra da baqi qalacaqdır.
79 ilin ərzində pedaqogika, didaktika elmləri və bu elmin göstərdiyi yeni
üsullar böyük tərəqqi tapıbdır və getdikcə tapacaqdır. Fəqət "Henrix Pestalotsi
təlim və tərbiyə işlərində şəfqət və məhəbbəti hər deyə mürəccəh bilirdi.
Henrix Pestalotsi həmişə deyirdi: "mən heç vaxt heç kəsdən üsuli-tədris və
təlim öyrənməmişəm. Tərbiyəyə dair elmlər oxumamışam lakin uşaqlara mənim
bir mənfəətim olurdusa, ancaq məhəbbət və şəfqət sayəsində olurdu". Qoca
Pestalotsi axır nəfəsinədək bu təsəvvürdə olub özündən sonra qoyduğu asar vo
təlifatının hər səhifəsində, hər sətrində bu yoldakı fikirlərini soyləyirdi.
Bu günlərdə Bakı müəllmlər ictimai olmağa görə indi istəyiriz bir iki ay, sənə
dövriyyəsi münasibət ilə şənliklər edilən məşhur pedaqoq Henrix Pestalotsinin
barəsində bir az söhbət edək, tainki bilənlər bir də təkrar etsinlər və bilməyənlər
bilsinlər ki, təlim və tərbiyə işlərində şəfqət və məhəbbətin gücünə edilən tərəqqi
heç bir pedaqogika elmlərinin gücü ilə edilməz, müəllimin uşaqlara şəfqəti
olursa, elmi-ruhsuz və elmi-tədrissiz məqsuda çatmaq mümkündür. Hər uşağın
özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağa binaən hamıya bir qayda və bir
qanunla dərs vermək, hamıya bir dillə bəyan etmək olmaz, hamını bir "ölçü ilə
ölçmək" olmaz; uşaqların parası zehinli, zəkavətli, bir parası zehinsiz, fəhmsiz,
bir parasını qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı - naqis, bir parası müdhiş
hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara
məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz bildiyinə,
qanacağına görə hərəkət edərsə, hər kəsin eybinə görə çarə ararsa, əlbəttə, təlim
və tərbiyə düz yolu ilə gedib tərəqqiyi-əla dərəcəyə çatar. Henrix Pestatotsi belə
bir təsəvvürdə olarkən onun təlim və tərbiyə yolunda fikir və hərəkəti hal-hazırda
və gələcəkdə ümum müəllimlər üçün gərəkdir dosturüləməl olsun.
Bunun öz tərbiyəsi daba ziyadə ibrətbəxşdir. Baxaq nə tövr tərbiyə almış və
haman tərbiyənin səmərəsi nə olmuş. Henrix Pestalotsi Zurix şəhərində 1746-cı
ildə yanvarın 12-də təvəllüd tapıbdır. Henrix Pestalotsi altı yaşında olarkən atası
öldü. Anası və qulluqçularından Babili uşağın tərbiyəsinə məşğul oldular. Babili
haman arvad idi kı, Pestalotsinin atası Jan Batisti öləndə ona and vermişdi ki,
öləndən sonra onun külfətini buraxmasın. Babili sözünün üstündə bərk durub
balaca Pestalotsiyə və anasına böyük xidmətlər göstərdi.
Kölfət əvvəlindən də kasıb idi. Jan Batistidən sonra daha bir üınia yeri yox
idi. Henrixin anası çox şeyi özünə haram edərdi, Babili isə bir qəpik artıq
xərcləməyə qoymazdı. İki arvad bu minval Jandan qalmış cüzi pulu çox ehtiyat
ilə xərc edərdilər ki, axırda Henrix Pestalotsiyəlazım olan tərbiyəni verələr. Külfətin dolanacağı böyük məşəqqətlər və
ehtiyaclar içində keçir idi. Bununla belə, Babili hər bir zəhmətə avam edib balaca
Henrixə getdikcə məhəbbət bağlardı və onun tərbiysinə ziyadə diqqət edərdi.
Həməvaxt ehtiyac və zəlalətlə keçinərkən külfətin bu tovr güzəranı balaca
Henrixə əsər edərdi, yad arvad Babilinin hər ehtiyaca davam etməyi, bununla
belə Pestalotsinin evində qalıb uşağa böyük məhəbbət bağlamağı axırda Henrix
Pestalotsinin tərbiyəsinə böyük əsər etdi. Ona da özgənin dərdinə qalan,
qeyrisinin əhvalına yanan, qeyrilərin dərdlərinə əlac arayan, gözəl təbiətli,
mülayim xasiyyətli bir adam etdi. İki arvadın səmimı-qəlbilə olan tərbiyəsi
Henrix Pestalotsinin qəlbində ümum bir məhəbbət yaratdı. Pestalotsi hamıya bir
gözlə baxıb elə bilirdi ki, hamı adamlar buna tərbiyə verənlər kimi mehriban,
təmiz ürəkli adamdırlar. Belə bir təsəvvürdə olarkən hamıya məhəbbət bağlardı.
Ürəyi çox nazik olub, hamının dərdinə yanardı: hələ uşaq ikən məktəbdə
yoldaşlarına hər növ ilə kömək edərdi. Yoldaşlar isə bunun məhəbbətini,
mehribanlığını anlamayıb əvəzində buna istehza edərdilər. Balaca Henrix
hamının dərdinə yanarkən və əlindən gələn yaxşılığı edərkən heç kəs ilə
yoldaşlıq etməzdi. Çünki dərsdə bunların heç birj ilə düz gəlməzdi. Bunun
yoldaşları tədris ilə lazımlı, lazımsız dərsləri keçirdilər, vaxtlarını çox vaxt elə
şeylərə sərf edirdilər ki, ürəkdən haman şeyləri, haman dərsləri sevməzdilər.
Açıq demək, buyuruq altında məcburən dərs hazırlardılar, Henrix isə ürəyinə,
ağlına xoşu gələn dərslərə böyük diqqət edib lazımsız şeylərə çox da vaxt sərf
etməzdi...
Bu minval Henrix Pestalotsi ibtidai məktəbi qurtarıb orta məktəbə və sonra
1760-cı ildə kollegiya darülfünun adlanan mədrəsəyə qəbul olundu. Burada hamı
elmlərdən çox elmi-ilahiyyə böyük diqqət edərdi. Professorlardan yunan və
yəhudi lisanlarının professoru Brininqer Pestalotsiyə xoş gəlirdi. Məzkur
professor tələbələri çox sevərdi və həmvaxt deyərdi: "bir adamın, yainki bütün
vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsinə bağlıdır. Yaxşı tərbiyə
isə bundan ibarətdir: insanın ağlını gözəl, pak şeylər əxz etməyə öyrədəsən və
ürəyini ağıl, vicdan və dinin sevmədiyi şeylərdən çəkindirəsən".
Henrix Peslalotsi elmi-ilahidən başqa professor Biresi Tinqirin " vasitəsilə
Vulfun fəlsəfəsini oxuyurdu. Haman fəlsəfənin qanunlarından biri də bu idi; "Get o şeyin dalınca, sənə tərəqqi yoly verəcəkdir, çətin o
şeydən ki, səni tənəzzülə salacaqdır". Ağlın gücünə insan pis əməli yaxşı
əməldən seçər. Bu barədə ağlın, yaxşı vicdanın olmağına dəlalət edər.
İnsana dair dəhrin üç qanunu var: bir qanun insanın özünə dair, biri Allaha
dair, biri də qeyri adamlara dair, yəni insan gərəkdir, əvvəl özü üçün həqqitaalanın
sifətlərini əxz etməyə çalışan və sonra özgələrdə bu yolda tərəqqi
tapmağa cidd-cəhd gərəkdir edə. İnsanın axırıncı sifəti məhəbbət artırar. İnsan
bir-birinə məhəbbət bağladıqca, zülm aradan götürülər, ehtiyac azalar".
Bu sözlər Henrix Pestalotsinin qəlbində böyük yer edərdi. Belə bir tərbiyə
verən, məhəbbət artıran məktəbin olmağını arzu edərdi. Haman bu vaxtlarda
Pestalotsi 17 sinndə olarkən Russonun inşasını oxuyub bu barədə təsəvvüriəqidəsi
daha ziyadə bərkləşdi.
Russonun və elə tərbiyənin əsil məqsədi uşaqda təbii olan yaxşı sifətlərə
seyqəl verməkdir, nəinki ona sənayei-arizi sifətlri əxz etdirmək. Russo deyirdi:
"Mən ümid edirəm ki, mənim tərbiyəmdən çıxan uşaq nə çinovnik, nə soldat, nə
ruhani olacaqdır. Mən bilirəm ki, mənim tərbiyəmdən olan uşaq "adam"
olacaqdır. Rüzgar onu qeyri bir yerdə, yəni tərbiyəsinə bərəks yerdə olurdarsa da,
yenə haman "adam" kəndi yerində bulunacaqdır".
"Biz uşaqlara o şeyləri təlim veririk ki, özləri onları təlim edərlər. Bununla
bərabər, o şeylər ki, biz gərək onlara təlim edək çox vaxt unuduruz". Russonun
təsəvvürünə görə uşağa ibtidai bir növ tərbiyə vermək ki, rüzgarın qədəmlərinə
davam edə, onda səbir ola və sonra onun qeyrilərə məhəbbəti getdikcə arta,
bunların yanında həmişə insanın yaxşı, gözəl sifətlərindən söhbət etmək, fəna
sifətlərindən heç vaxt söyləməmək, xülasə hamını yaxşı sifətdə qələmə verib
uşaqların hamıya məhəbbətini artırmaq...
Russonun bu sözləri də Pestalotsinin ürəyi ilə olub da onun tərbiyəsi,
təsəvvürü ilə müvafiq gəlirdi, gəlib də diqqətini bu məsələdəartırır idi.
... Henrix Pestalotsi Russonun təlim və tərbiyəyə dair sözlərinə artıq diqqət
edirdi.
1762-ci ildə Zurix şəhərində "millətpərəstlər" cəmiyyəti araya gəldi. Haman
cəmiyyət Russonun məsləkinə sadiq bulunurdu. Bu cəmiyyətin əqidəsi məişət
xüsusunda sadə keçinmək, təbiətətəbiiliyə yavuqlaşmaq, qanım və ədalətə xidmət eləmək, məzlumları zahmların
əllərindon xilas etmək idi. Böylə bir aqidə Henrix Pes-talotsinin amaliqəlbiyyəsinə
ziyadəsilə müvafıq idi. Ona görə Pesta-lotsi haman cəmiyyətə daxil
ülub axırda onun mötəbər üzvlərindən biri hesab olunıır idi.
Cəmiyyətiıı etiqad və mücahidatı Pestalotsini nıillətə yavuq-laşdırdı. Onun
millət yolunda çalışmaq əfkarını daha ziyadə qüwət-ləndirdi. O vaxtlar
oxumuşlann arasmda okinçiliyə böyük bir rəğbət intişar tapmışdı. Ycnə də
Russonun sözləri: "Əkinçilik insan üçün ən böyük xoşbəxtçilikdi." Pestaiotsinin
qəlbində nəqş bağlamağa görə Henrix əklnçiliyi özünə sənəl cdir. Bu fiklr ilo ki,
əkinçılik vasitəsilə millətə böyük mənfoətlər verəcəkdi.
Pcstalotsi əkinçiliyo sahibi-vüquf və münıarisə oltnağa görə o qeyrilarinin
yanında çalışırdı, lazım olan məlumatı əldə edirdi. Bir il sonra Pestalotsi təəhhül
edib ümun-bcytiyyosini yoluna qoyur, bu sayədə əkin yerİni də yavaş-yavaş
böyüdür, tövsi edir. Lakin əsasən fıkri-ziyarəti, üsuli-ziraəti kəndli qonşularına
göstərmok, öyrətmək idij daha doğrusu, bu xüsusda bir nümunə onısal olmaq idi.
Yoxsa bu işə qazanckar xatirəsi iiçün çalışmırdı, bu iso kəndi nişanlısına
yazdığı bir kağızdan aşkar olur. Pestalotsi bu kağızda belə yazır: "Mən çox
xoşbəxtəm ki, siz də konddə olmağımızı şəhərdon əfzəl bilirsinİz. Mənim
təsəvvüriimo görə şəhər torbiyə üçün yaramaz, mənim xanəm şəhərin hər növ
sovvatmdan gorəkdir kənar ola. Vətəno belo bir yerdə men bir xcyli xidmətlər
edə bilərəm. Şəhərlərin doğ-dəğəsi, qal və nıəqali bu xidmətioro nıüsaid deyildir.
Mən kenddə vətondaşlarımm uşaqlarmdan birini çörəksiz görsəm və bilsəm ki,
buna tərbiyə verilsə gələcokdə "adam" olacaqdır, oııun tərbiyəsinə çahşmağı asla
diriğ edonıəm. Axırda uşaq bir parça çörək sahibi olub özünü xoşbəxt hesab
cdər. Hərgah uşaq bir böyük bir sifət göstərib evdən qovıılarsa, mənim evimdə
bir guşə tapıb ümunı vəfa etdikcə bir növ ilo keçir... Bəli, nıənim sevgilim!
Böyük istcdad və qabiliyyət göstərən uşaqlara mən süd verərəm özüm Isə suya
qənaət edorok istərəm bilsinlər kİ, istcdad və qabıliyyətə necə qiymət verirəm.
Və-təndaşlanmıza qulluq etnıək üçün, onların dərdlərinə əlac aramaq üçütı öz
xərclərimizi azaltmahyız".
Henrix Pestalotsinin kənd işlorində təcrübəsi az olmağa görə zərər zərər üstə
gəlirdi. Axırda zərər vo ziyanlara tab gətirməyib kənd işlərindən əli çıxdı, ona böyük bir qəmginlik üz verdisə də, öz ali fikrindən yenə əl çəkmədi. Fikri nə idi!..
Henrix Pestalotsinin əsil məqsudi kənd uşaqlarına layiqincə tərbiyə vermək
idi. Görürdü ki, kəndlilər yetim uşaqları öz mənfəətlərinə işlədib bu zavallıların
tərbiyələrinə əsla etina etmirlər idi. Pestalotsinin öz əlində az yer qalmışdı. Ona
görə haman yetim uşaqları öz başına yığır, onlara iş öyrədib tərbiyələrinə böyük
diqqət edirdi. Camaat bunu görüb Pestalotsiyə kömək edir, ümum yığılan pul ilə
yetim uşaqlara "tərbiyə evi" açmışdılar.
Pestalotsi səhərdən axşamadək yetim, fəqir, müxtəlif xəstəliklərə mubtəla
uşaqların üstə böyük zəhmətlər çəkir, onların ağıllarına, ruhlarına ğizaimənəviyyələrini
verir, onlara ana, baba kimi qulluq edirdi. Əllərini, ayaqlarını,
bədənlərini öz əlləri ilə yuyardı, gecə-gündüz azarlıların yanında oturub kiminı
sözlə, təsəlli ilə, kimini dərman və ğizli münasibətilə imdadına yetişirdi. Bir an
uşaqlardan kənar olmayıb hər işdə onlara kömək edərdi. Pestalotsi uşaqlar ilə nə
tövr rəftar etmək barəsində öz rəfiqəsinə yazır ki, "səhərdən axşamadək uşaqların
arasında tək dolanıram. Onların cisim və ruhları hər bir şeyi mənim əlimdən
alırlar. Mənim siyanətim həmişə onların üzərindədir. Mənim gözlərim həmişə
onlara mətufdur. Gözlərimin yaşlarını onların göz yaşlarına qarışdırıram. Üzüm
onların üzləri güləndə gülür. Hər saat, hər dəqiqə onlar mənim ilə, mən onlar
iləyəm. Onların yedikləri, içdikləri nə isə, mənim yediyim, içdiyim də odur.
Mənim heç bir şeyim yox idi. Nə xanəm, nə dostum, nə müəllim, hamısı onlar
oldu. Onlar səhhət və səlamətdə olanda bir yerdə gəzirəm, azarlı olanda
yanlarından ayrılmıram. Yuxum gəlsə də, orada yuxulayıram. Axşam hamıdan
gec yatıram, səhər isə hamıdan erkən qalxıram".
Pestalotsi təsnifatının birində deyir: "Uşaqlar hər gün, hər an mənim
nasiyəmdən, çöhrəmdən anlıya idilər ki, onların xoşbəxtliyi mənim
xoşbəxiliyimdir, mənim hissiyyati-qəlbiyyəm onların hissiyyati-qəlbiyyəsidir.
Doğrudur, bu sözləri yazan Pestalotsi özüdür. Fəqət heç bir vaxt onun qovlü
felinə zidd olmayıbdır. "Pedaqogikada" Pesralotsinin bülənd bir mərtəbə ehraz
etməsinə də bais bu halı olubdur". Qövlilə feli həmişə düz gəlib, pərvanə kimi
uşaqların başına dolanır idi. Henrix Pestalotsi böyük bir ad qazanıb hamı zəmanə
müəllimləri onun ovsafına heyran idilər. Lakin onu dəli, "başı havalı" bir
məcnun hesab edən də az deyil idi. Sahibsiz, bikəs, yetim uşaqlara bu qədər cansüpəranə
bir məhəbbət, bir şəfqət adətdən "dışarı şeydir" deyib tənbəllər, həsudlar ona
istehza edərdilər, "ağlı nöqsan" qələminə verirdilər. Lakin bunlara əhaliyi-sami
etibar etməyib öz işini necə ki, lazımdır elə görərdi. Təlim-tərbiyə barəsində
kəndi əfkar və hissiyyatı nə isə yazardı. Henrix Pestalotsi təlim və tərbiyəyə dair
tövsiyə etdiyi üsul və qəvaid bunlardır:
1) Diqqət hər bir təlimin başıdır.
2) Diqqətsiz heç bir dili öyrətmək olmaz;
3) Təlim vaxtını söhbətş və irada sərf etmək olmaz.
4) Hər bir şey başlayanda asandan başlamaq və uşağın zehninə
görə hərəkət etmək.
5) Dərsdə bir mətləblər üstə o qədər dayanmaq ki, ta təlim olunan o mətləb
uşağın öz malı, mali-məniviyyəsi ola. Yəni onu bir daha əsla yadından
çıxarmaya.
6) Təlim uşağın öz təsəvvüratını açsın.
7) Uşağın zəka və zehni istedadi-təbisi, fitrəti müəllim üçün müqəddəs
gərəkdir hesab oluna.
8) Məktəbin ən birinci məqsədi tərbiyə gərəkdir ola, yəni oxumağa,
yazmağa çox da diqqət etməyib uşağın ruh və əxlaqına mənəviyyatına ziyadə
diqqət etmək lazımdır.
9) Bılik və bacarmaq bir-birindən gərəkdir ayrılmaya. Yəni bir şeyi əzbər
bilməkdən savayı haman şeyi bacarıb qayırmaq da gərəkdir ola.
10) Müəllim ilə mütəllim yekdigərlərinə ata və oğul kimi gərəkdir məhbbət
edələr.
11) Təlim gərəkdir tərbiyəyə bağlı ola.
Pestalotsinin bu qanunları indiyədək didaktika elmində mötəbər tutulur. Bu
günədək Pestalotsinin ismi müəllimlər arasında böyük bir hörmətlə yad olunur.
Bəli, Henrix Pestalotsinin təlim-tərbiyəyə dair əfkar və təsəvvüratı, əqval və
hərəkatı bu vaxtadək müəllimlərə dosturüləməl olduğu kimi, bundan sonra da
gərək rəhnümalıq etsin, ibrət olsun. Qoca Pestalotsinin insaniyyətə, vətən və
millətə o qədər məhəbbəti var idi, hamı malını, canını, ağlını, ruhunu yetim
uşaqların uğrunda sərf etdi. Axır nəfəsinədək hamını məhəbbətə dəvət edib,
insanın tamam xoşbəxtliyini qəlbin bu sifətində görür idi. Uşaqlara şəfqət və məhəbbəti olmayan müəllim təlim və tərbiyəsi bisəmər, binəticə qalacağını hər an
aşkara bəyan edərdi. Haman bu təsəvvür ilə axırıncı nəfəsıni tapşırdı. Fevralın
11-də 1827-ci ildə özündən sonra iki cild kitabdan başqa şey qoymayıb o
dünyaya köçdü.
Onun məzarına yazılan sözlər Henrix Pestalotsinin nə olduğunu göstərir!
Haman daşda yazılıbdır: "Nehofda füqərra hamisi, Burqdofda, Myunxenbuzda
məktəbi-milli banisi, İfertdə insanlar mürəbbisi və əlhasil hamının imdadına
yetişib, hamı jşi qeyriləri üçün görən, özü üçün