BU GÜN

Bu gün saat onda müəllimlərin ictimai açılır. Bu gün bir yövmi-mübarəkdir!
Bakı böylə məclisi əvvəlinci dəfə görür.
Bu gün Qafqazda cəmi müsəlman balalarının dərdlərinə dova aranmağa
başlanacaqdır. Bu gün insanın lisani-madərzadi, ana dili nə olmağı məlum
olacaqdır.

Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qələbiyyə oyandıran bir
kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili!
Bir dil ki mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə
bəyan edibdir. Bir dil ki sən daha beşikde ikən bir layla şəklində öz ahəng və
lətafətini sonu eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki,
həyat və kainat haqqında o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun
möhtac olduğunu məvadi o dində tələb eləyibsən...
Bir dil ki ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan,
haman dil, diyari-qürbətə, biganələr içinə düşəndə ona həsrət qalırsan. Lakin
ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın
təhəyyüc edir; beynin, fikrin, xəyalın işləməyə başlayır, bir anan, qohuməqrəban,
dost-aşnan, rəfəqan budur, durublar, guya səninlə haman dildə söhbət
edirlər; bir az keçmiş uşaqlığın, oynadığın, durub-oturduğun, düşüb-qalxdığın yerlər bu-bir yadına gəlir, ürəyin daha ziyadə zərabətə başlayır. Bu heyndə
haman dildə bir "şikəstə" deyərlər... Məsələn oxuyalar ki: .
Bu nağmələri kimsə eşitməz rüfəqadən, Kim çara bulub eyləsin alamımı
təskin, Ah, oldu pərakəndə o cmiyyəti-əhbab, Heyat ki, ävdət edəməz ol dəynişirin.
Bir məclisi-biganəyə mən nəğməzən oldum. Qəmgin oluram eyləsələr də
məni təhsin, Sevdiklərimi zalım ölüm eylədi qurban, Baqilərini dərbədər indi
yedi-hicran. Birxeyli zamandan bəri nisyanda qalanlar Bir silsilə şəklində gəlir
xalirə təkrar! və i.a.
Böylə oxunduqca, tərənnüm edildikcə nə kimi bir hiss duyarsınız? Nə kimi
həzin əfkar və təxəyyülata qapılarsınız?! Xeyr, əfəndim? Qəriblik görməyibsən,
illər ilə ana dilınə həsrət qalıb, o dildə bir nəğmə, bir cümlə eşitməyibsən, bu
həzin, fəqət müqəddəs hissdə bulunan madərzad təşnəgisindan xəbəriniz yoxdur!
Böylə təbii gözəl hissiyyatda bulunmayıbsan!..
Xeyr, haman qərib vilayətdə bir musiqi milli havalardan bir şcy çalır. Sən
cəmi vücudunla, cəmi ruhunla qulaq asırsan, həm qəmgin, həm də şad olursan.
Həqiqət, nə halda bulunmağını dürüst anlamırsan. Ancaq musiqiçilərə istəyirsən
deyəsən: çalınız əfəndim, çalınız! Çünki bu çaldığınız ahəng mənim qəlbimin,
ruhumun ən dərin guşələrindən xəbər verir!..
Elmi - musiqiyə heç aşna da olmasan, yenə belə bir halətdə bulunacaqsan.
Niyə? Ondan ötrü ki, həmin ahəng və zümzümədə validən deyən laylaların
havasını sevirsən, onun məhəbbətini hiss edirsən.
Onu görmürsən, lakin bir növ səsini eşidirsən. Yainki eşitdiyin əlhan və
əsvatı anayın sədasına oxşadırsan!
Həqiqət, nə gözəl bir halət, nə səfalı bir saat!.. İndi desək mürur ilə təbii olan
bu gözəl hissiyyatı məhv etmək istəyirdilər, təccübmü edəcəksiniz?.. Məgər
görmürdün? Anlamırdın? Yeni gözəl romanlardan hankısını öz dilinə tərcümə
etdin, hankısını oxudun? Uşaqlarımıztəhzibi-əxlaq və adaba dair hansı bir
hekayələri öz dillərində oxudular? Qafqazda milli şairləri: Zakiri, Vaqifi,
Vidadini yaxşımı tanıyırsan? Keçən ilədək hankı bir dərdini ana dilində yazıboxuyubsan?
Bunlar nəinki olmayıbdır, hətta axır vaxt şəriətini ana dilindən iraq
salmaq "İstəyirdilər", bali "istəyirdilər" və özümüzdən "bir neçə adam",
"istəyənlər" ol çalırdılar və hala da çalanlar əskik olmayıbdır.Qoy qalsınlar! Lakin haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və
təbiətində məknun olan hissiyyati-aliyeyi nabud edəməyəcəklər!.. Analarımızın
laylalarını qulaqlarımızdan çixarmayacaqlar, illər ilə bilüzum bir şey kimi ayaq
altına atdıqları o gövhəri qiymətdən saqid edəməyəcəklər. Ana dilimiz hər halda
qüvvəl tapacaqdır, yeni füzulilər, vaqiflər, zakirlər, vidadilər, seyid əzimlər
meydana gələcəklər. Tolstoy, Turgenev, Qoqol, Viktor Hüqo, Zolya, Bayron,
Şekspir, Şiller, Gete kimilər olmağını bilməyə öz lisanımız vasitə olacaqdır. Bəli,
bugünkü müəllimlər ictimai bundan ötrüdür. Müəllimlər bütün yaralarımıza
çarəsiz olacaqlar, bizi aləm və iztirablardan xilas edəcəklər.
Xilas etməyə çarə və dərman tapacaqlar, tapıb da balalarımıza yeni üsulitədris
ilə ana dilimizi, ana dilimizlə ehkami-şəriəti oxudacaqlar, hissiyyatimütəhhərcyi-
milliyyəmizi artıracaqlar, əqaidəmizi təsfiyə edib, ona cilə və
qüvvət verəcəklər.
İndi bir sual: nə əcəb bu vaxtadək böylə fikirlərə düşmürdük? Yoxsa ana
dilimizi əhəmiyyətsiz, fəqir bir dil hesab edib etina etmirdik? Yox, əfəndim;
firəng dili Avropada nə məqamı haiz isə, bizim də ana dilimiz Asiyada o məqamı
haizdir.
Lakin biz özümüz qədrini bilməyib guşeyi-nisyanə atıb ehmal etmişdik, bəli,
"ehmal eimişdik" söyləyirəm, hürriyyət olmasa idi, dilimiz bu halətdən xilas
olmayacaq idi, əsarətdən qurtulmayacaq idi. Yaşasın hürriyyət! Açılsın kor
gözlər, ta görsünlər ki, bugünkü ictimai hürriyyətin səbəbinə yığılıbdır.