“Teatr böyüklər üçün bir
növ məktəbdir”.
N.Nərimanov
XIX əsrin 90-cı illərində yeni ictimai şəraitin təsiri
nəticəsində Azərbaycan milli mədəniyyətində yeni canlanma dövrü başlamışdır. Bu
canlanma teatr aləmində də aydın nəzərə çarpırdı. Mütərəqqi fikirli Azərbaycan
ziyalıları xalqın tərəqqisinə nail olmaq üçün teatra ciddi əhəmiyyət verirdilər.
H.Zərdabi, S.Qənizadə, H.Mahmudbəyov, M.Əfəndiyev,
N.Vəliyev və C.Zeynalov kimi maarifpərvər ziyalılar teatra kütlələrin gözünü
açmaq, fikrini oyatmaq və onlarda tənqidi düşüncənin inkişaf etdirmək üçün məktəb
kimi baxırdılar. Həmin dövrdə mili teatrın inkişafı üçün fədakarlıqla çalışan
mübarizlərdən biri də Nəriman Nərimanov idi.
N.Nərimanov 90-cı illərdə Bakıya gədiyi
zaman qabaqcıl maarifpərvər ziyalılar milli teatrın yaranması sahəsində artıq səmərəli
addım atmışdılar. N.Nərimanov da Bakıya
gəldiyi ilk günlərdən teatrın ictimai təsirini yüksək qiymətləndirən ürəyi odlu
ziyalılara qoşularaq Azərbaycan səhnəsinin əsl xalq tribunasında çevrilməsi
yolunda fədakarlıqla çalışırdı.
N.Vəzirov, R.Əfəndiyev, S.M. Qənizadə,
Ə.Haqverdiyev kimi N.Nərimanov da M.F.Axundov irsini davam etdirərək, onun
komediyalarının təsiri altında öz səhnə əsərlərini yazır, milli dramaturgiyanı,
teatrı inkişaf etdirmək üçün teatr qruppaları yaradır, tamaşalar göstərirdi.
Maarifpərvər ziyalılar teatra kütləvi tərbiyə ocağı kimi
baxdıqlarından orada feodal adət- ənənəsinə, fanatizmə, mürtəce mistik
baxışlara qarşı çevrilmiş mütərəqqi ideyaları təbliğ etməyə, beləliklə xalqın məfkurəvi
inkişafına təsir göstərməyə can atırdılar. Məhz ona görə də N.Nərimanov tərbiyəvi
əhəmiyyəti olan pyesləri tamaşaya qoyurdu. Onun keçirdiyi “müsəlman gecələri”ndə
ayrı-ayrı pyeslərdən səhnəciklər verilirdi. Bütün mədəni hadisələrdə, konsert və
tamaşalarda N.Nərimanov gah aktyor, gah rejissor, gah da təşkilatcı kimi iştrak
edirdi.
Təsadüfi deyildir ki, Azərbaycan
teatrının 50 illiyi münasibətilə təşkil
olunmuş yubiley komitəsinin (sədri Əbdürrəhimbəy Haqverdiyev, üzvləri:
dokotr Tağı Şahbazi, Nəcəfbəy Vəzirov, S.Qənizadə, S.Axundov, Əlisgəndər Cəfərzadə,
S.Mənsur) çap etdirdiyi “Azərbaycan türk teatrosunun müxtəsər tarixçəsi”ndə N.Nərimanovun
teatr xadimləri ilə birlikdə işləməsi, onların teatr yolunda çəkdikləri mərhumiyyət
və əzablara şərik olması ayrıca qeyd edilmişdir. Müəlliflər təsdiq edirlər ki,
N.Nərimanov “həm müəllimlikdə, həm camaat xadimliyində və həm də aktyorluqda
böyük bir şöhrətə” nail olmuşdu. Kitabda deyilir ki, N.Nərimanov səhnədə neçə
rollar yaradıb, o cümlədən “Dağılan tifaq” pyesində Nəcəfbəy rolunu ilk yaradan
o olub və onun kimi bu rolu oynayan indiyə qədər türk səhnəsində görünməyibdir.
N.Nərimanov milli mədəniyyətin tərəqqisi
üçün qiraətxanaya və yoxsul tələbələrə maddi yardım göstərmək məsələsinə xüsusi
qayğı ilə yanaşırdı. O yazırdı: “Hər il mənim təşəbüssümlə xeyirxah məqsədlər
naminə yerli məktəblərdə şagird çatızmamazlığını aradan qaldırmaq üçün həvəskar
teatr tamaşaları verilmişdir. Bu məqsədlə də bir neçə pyes yazmışam. Bu pyeslər
yerli səhnədə müvəffəqiyyətlə oynanılmış və oynanılır”.
S.Qənizadə öz xatirələrində N.Nərimanovu
bacarıqlı həvəskar aktyor, səhnəni böyük ehtirasla sevən teatr xadimi kimi səciyyələndirir,
onun baş rollarda jməhar4ətlə çıxışını təqdir edib yazırdı ki, N.Nərimanov “özü
səhnə həvəskarı olmaq etibarı ilə yoxsul türk repertuarını iki pyeslə:
“Nadanlıq” və “Dilin bəlası”ilə zənginləndirməyə çalışmışdır”.
1985-ci ilin yanvarında N.Nərimanov
ziyalı gənclərdən ibarət olan aktyor truppası ilə “Nadanlıq” pyesini tamaşaya
qoyur. Əsas təşkilatçı olmaqla bərabər o həm də baş rolda- müsəlman gənclərinin
yeni təşəkkül tapan nəslinin nümayəndəsi Ömər rolunda çıxış edir. Bu münasibətlə
Peterburqda çıxan “Artist” jurnalı yazmışdı: “Bakıdakı müsəlman əhalisi
arasında misli görünməmiş hadisə müşahidə olunmuşdur”.
Bu dövrdə səhnə əsərlərinin tamaşaya
qoyulması asanlıqla başa gəlmişdir. Teatr həvəskarlarının öz təhsilini davam
etdirmək arzusunda olan Bakı realnı məktəbi tələbələri mənafeyinə xeyirxah məqsədlə
verdikləri tamaşalara müsəlmanlar seyrək gəlir, könülsüz iştirak edirdilər.
Odur ki, yığılan pul tamaşaya qoyulan xərci belə ödəmirdi. 1894-cü ildə N.Nərimanov
yazırdı: “Müsəlmann özlərinin çəxsi arzusu ilə bilet almaq üçün kassaya gəlməzdilər,
onlara gərək xahiş edəsən, yalvarasan və nüfuzlu adamların vasitəsi ilə təsir
edəsən. Bu da böyük zəhmətə başa gəlir”.
Lakin heç
bir çətinlik və məhrumiyyət N.Nərimanovu maarif və mədəniyyətin tərəqqisi uğrunda
mübarizə yolundan döndərə bilmirdi. O, qəti inanmışdı ki, geri qalmış kütləyə
sağlam fikirlər aşılamaqda və mühitə qarşı tənqidi münasibət oyatmaqda teatr ən
qüdrətli vasitədir. Məhz buna görə də teatrı xalqın mənəvi tələbatına çevirmək
üçün ciddi çalışır, dövrün ictimai hadisələri ilə səslənən “Dilin bəlası”,
“Nadir şah” dramlarını yazır, görkəmli rus yazıçısı İ.V.Qoqolun “Müfəttiş” komediyasını
tərcümə edir.
Komediya
ilk dəfə 1900-cü ildə sentyabr ayının 15-də Bakıda Tağıyev teatrında tamaşaya
qoyulur. Tamaşa haqqıneda o dövrün mətbuatında dərc edilən rəydə əsərin “kifayət
dərəcədə müvəffəqiyyətli” tərcümə olunduğu bildirilir, eyni zamanda tamaşanın təsirindən
və rəğbətlə qarşılanmasından danışılır. Rəyçi əsərin tərcüməçisi N.Nərimanovun
Qorodniçi rolunda böyük təmkin və
bacarıqla ifasını da təqdir edir.
O
dövrdə bu cür əsərləri səhnəyə çıxarmaq böyük hünər və cəsarət istəyirdi.
Ağamalıoğlu “Müfəttiş” komediyasının patriarxal feodal Azərbaycan mühitində
tamaşaya qoyulması hadisəsini “zülmət səltənətində işıq şüası” adlandırmaqda
haqlı idi. N.Nərimanov əsərin böyük ictimai təsirini başa düşürdü, onu
özbaşınalıqla qarşı kəskin ittihamnamə hesab edirdi.
Ağamalıoğlu üsyankar ruhlu maarifpərvər tərcüməçinin
şəxsində “donmuş türk həyatında da tarixmizin boş qalmış səhifələrini
doldurmağa adamlar yetişdiyini” görürdü. 1896-cı ildə Bakıda “Müfəttiş”
komediyasının tamaşasından aldığı təəssüratı xatırlayaraq yazırdı:”... Tamaşa
kifayət qədər yaxşı və şən keçdi: Qorodniçi xüsusilə təbii idi- onun ifacısı əsərin
mütərcimi Nərimanov özü idi. Qadın rollarını
erməni qadınları oynayırdı. Türk tamaşaçıları pyesin inandırıcılığına
heyran qalmışdılar, zira bütün bunlar ətrafdakı həyatı çox yaxşı xatırlayırdı.
Bu həqiqətən türk həyatında eşidilməmiş bir hadisə idi”.
N.Nərimanovun “Müfəttiş” əsərinə müraciət etməsinə
səbəb öz həmvətənlərinin diqqətini ictimai həyatda baş verən haqsızlığa
özbaşınalığa cəlb etməsi olmuşdur.
Maarifpərvər yazıçının dram əsərlərinə xüsusi əhəmiyyət
verməsinin sirri məhz bu idi. O, teatr tamqaşasına tərbiyə ocağı kimi baxırdı.
N.Nərimanova görə komediya ancaq gülüş üçün
deyil, əksinə “zindəganlığımızda olan qusuratı” göstərmək üçündür:
komediya həyqatın aynasıdır. “Komediya çıxarmaqdan əsl məqsəd” tərbiyədir. N.Nərimanov
“Teatr barəsində bir neçə söz” (1899) əsərində yazırdı: “Teatr böyüklər üçün
bir növ məktəbdir. Necə ki, uşaqlar məktəbdə gözəl şeylər əxz edirlər, elə də
bizlər teatrdan gözəl sifətlər əxz edirik.” N.Nərimanova görə “İnsan çox vaxt
öz zindəganlarığında özünün və ya qeyri şəxsin qüsuratını görmür və ya hiss
etmir. Amma komediya çıxardahnda bunların hamısını görüb yaxşını yamandan seçir
və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin”.
N.Nərimanov Bakının “mərifətli cavanlarına” teatrın
tərbiyəvi rolundan dönə-dönə danışırdı: “Teatrın insana mənfəətini, ruhuna ləzzətini
dəfə at ilə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məktəbdə görmədiyimiz
şeyləri və görüb diqqət etdiyimiz əhvalatları görüb və eşidib pis əməllərdən
ibrət və yaxşı sifətlər əxz edirik: əqlimiz üçün yem və ruhumuz üçün ləzzət
alırıq”.
N.Nərimanova görə teatrın başlıca vəzifəsi
insanların diqqətini ətrafda baş verən hadisələrə cəlb etmək, özbaşınalığa,
haqsızlığa və zülmə qarşı onlarda nifrət hissi oyatmaqdı. N.Nərimanov ictimai həyatda
və məişətdə olan “pis əməlləri” səhnədə göstərməklə, müasirlərinə ibrət və nəcib
sifətlər aşılamaq niyyətində idi. Çünki gənc yazıçı pis əməlləri ictimai həyatın
üsul-idarənin özündə deyil, insanların avamlığında, “mərifətsizliyində”, mədəni
geriliyində axtarırdı. Bu maarifçilik dünyagörüşüonun ilk dram əsərlərinin əsas
ideya məzmununu ifadə edirdi.
N.Nərimanovun Azərbaycan teatr truppası ilə əlaqəsini
getdikcə daha da möhkəmləndirir, teatrın mütərəqqi və demokratik ideyalar təbliğ
edən xalq kütlələrinə bilavasitə yaxın
olan sənətkarlarla dostluğu qüvvətləndirir, onun bir cəmiyyət ətrafında birləşdirmək
istəyirdi. Bu niyyətlə o, “Müsəlman dram ittifaqi” yaratmaq fikrinə düşürvə çox
çətinliklə də olsa fikrini həyata keçirir. N.Nərimanovun rəhbərliyi və Murad
Muradovun, İsmayılbəy Rüstəmbəyovun, H.Sarabskinin, Mehdi Cabbarlinskinin, Bəhram
ağa Şəkixanovun, Nərimanbəy Məlikovun, Əbülfətin, Məhəmməd Məlikovun (Əlvəndi),
Rəhimbəy Məlikovun Hacıbəy Axundovun,
Mahmud İsmayılın, Ə.Şərifovun iştirakı ilə ittifaqın nizamnaməsi hazırlanır. 1
Az sonra N.Nərimanov “İrşad” qəzetində redaktor işləsə
də ittifaqa öz köməyini əsirgəmir. N.Nərimanov özü bu haqda deyir: “Daha bundan
sonra teatrda işləməyə vaxtım çatmaz. Qəzet idarəsində işim çoxdur. Siz işləyiniz,
mən də əlimdən gələn qədər sizə kömək edərəm”.
N.Nərimanovun teatr səhnəsindəki fəaliyyəti yalnız
Bakı ilə məhdudlaşmır. 1902-ci ildə o, Odessa şəhərinə gedir Novorossiysk
universitetinin tibb fakültəsinə daxil olur. Odessa isə Rusiyanın mühüm
inqilabi hərəkat ocaqlarından biri idi. İnqilabi hadisələr N.Nərimanovun fəaliyyətinin
sonrakı istiqamətinə öz müsbət təsirini göstərmiş, onun gələcəkdə əsl inqilabçı
kimi yetişməsinndə böyük rol oynamışdır. İnqilabi mübarizə N.Nərimanovun sənətə
baxışına da güclü təsir edirdi.
Artıq N.Nərimanov teatra yalnız mədəniyyət ocağı,
ruha, beyinə şüa verən bir məktəb kimi yanaşmır, onun nəzərində bu məktəb
xalqın azadlığı uğrunda mübarizə aparan siyasi bir tribuna kimi yeni, daha kəskin
keyfiyyətlər kəsb etməyə başlayır. Bakıda olduğu kimi, o , Odessada da teatr tamaşaları ilə maraqlanır, şəhərin həvəskar
aktyorları ilə sıx əlaqə saxlayır. N.V.Qoqol, A.N.Ostrovski, A.P.Çexov və başqa
rus klassiklərinin pyesləri tamaşaya
qoyulduğu zaman tamaşaların hazırlanmasında iştirak edirdi.
N.Nərimanov Odessa tələbə yoldaşlarından ibarət teatr truppası təşkil
etmişdi. Bu truppa tətil dövründə ekskursiya adı ilə qastrola çıxır. Krımda –
Bağçasarayda müsəlman camaatına teatr tamaşaları göstərirdi. N.Nərimanov həmin
tələbə truppasının və Simferopoldakı çıxışları haqqında 1903-cü ildə Bakıya
göndərdiyi məktubda yazırdı ki, “yanvar ayının 5-də 8 nəfər student
Bağçasarayda bulunduq. Şəhərin mütəşəkkil adamları ilə danışıb, bir-birimizin dərdindən
və məqsədindən xəbərdar olduq... Üçüncü gün İsmayıl Qasprinski və sonra ... Bağçasaray müəllimləri hamını
nahara dəvət edib böyük hörmətlər etdilər. Yanvarın 7-də bunların hörmətləri
müqabilində biz də Bağçasarayda müsəlmanlar üçün teatr verdik. Əhli Bağçasaray
studentlərdən razı qaldılar... Yanvarın 12-də Bağçasaraydan Simferopola gedib
orada dəxi müsəlmanlar üçün teatr
verdik. Simferopola fəalları bizlərə böyük hörmətlər etdilər”. 3
Bu səfər zamanı truppa Mədətovun “Qırt-qırt” və N.Nərimanovun
“Nadanlıq” pyeslərinin tamaşalarını göstərmişdi.
1904-cü ildə N.nərimanov Bakıya qayıdır, inqilabi fəaliyyətini
davam etdirir. O, xalqın inqilabi şüurunun
inkişaf etdirilməsində ədəbiyyat və sənətdən güclü bir vasitə kimi
istifadə edir. Həmin ildə N.Nərimanov “Dilin bəlası” əsərini tamaşaya qoyur, özü
Yusif rolunda, C.Zeynalov isə Şamdan bəy rolunda çıxış edir. O dövrün mətbuatında
tamaşanın böyük müvəffəqiyyət qazanması barədə materiallar dərc olunmuşdur.
Ümumiyyətlə bu əsər uzun müddət səhnədə oynanılmış
və Azərbaycan teatrının tarixində mühüm yer tutaraq aktyorların yaradıcılıq tərəqqisinə
təsir göstərmişdir.
N.Nərimanovun “Nadir şah” əsərinin də səhnə taleyi
uğurlu olmuşdur. N.Nərimanov bu əsəri ilə
ədəbiyyatımızda tarixi faciə janrının əsasını qoymuşdu. Ə.Haqverdiyen yazırdı:
“90-cı illərdə birinci olaraq tarixi pyes də yarandı. Ümumiyyətlə tarixi, xüsusən
qəhrəmanlıq tarixini sevən Azərbaycan tamaşaçısı həmin tarixi pyesi çox yaxşı
qarşıladı. Bu pyes N.Nərimanov tərəfindən yazılmış “Nadir şah” faciəsi idi”.
1898-ci ildə yazılmış “Nadir şah” faciəsi 1906-cı
ilə qədər səhnə üzü görməmişdi. Buna senzura heç cür icazə vermirdi. O vaxt
Qafqaz senzura komitəsinin Şərq dilləri
üzrə baş sezoru işləyən Kişmişov N.Nərimanovu hörmət və nəzakətlə qəbul
edir. Hətta əsərin məzmunundan xoşlandığını da söyləyir. Ancaq təəssüf etdiyini
bildirir ki, senzura komitəsi əsərin əlyazmasını məhv etməyi qərara almışdır.
N.Nərimanov bunun səbəbini soruşur. Kişmişov cavab verir ki, bir pyesdə iki
padşahın taxtdan devrilməsi və sadə xalqdan hökmdar seçilməsi yaxşı deyil. Əsərdə
təsvir olunan bütün hadisələrin tarixi həqiqət olduğunu söyləyən N.Nərimanova
Kişmişov: “Bəli, bu belədir. Lakin hər cür
tarixi həqiqəti qəbul etmək, yaymaq olmaz”- cavabını vermişdir.
1906-cı ilin əvvəlində “Nadir şah” senzuradan keşməzdən əvvəl
S.S.Axundovun müdir olduğu 7-ci rus-tatar məktəbində tamaşaya qoyulur. Nadir
rolunu – N.Nərimanov özü, Rzaqulu rolunu isə S.S.Axundov “Türk səhnəsinin dosru” adlı məqaləsində bu
barədə yazırdı: “Bu hadisə 30 il bundan əvvəl 1906-cı ildə olmuşdu. Bakıda mənim
məktəbimdə N.Nərimanovun “Nadir şah” əsərini
məşq edirdilər. Rəhbər Abelyan idi. Nadirin rolunu – N.Nərimanov özü, Nadirin
oğlu Rzaqulunun rolunu isə mən oynayırdım. Məşq zamanı qılınc döyüşü səhnəsini
mən yaxşı apardım, onun tərifinə layiq oldum. Lakin faciənin sona çatdığı səhnədə
mən işləri xarabladım. Mən təbii oynamırdım. Mən kor kimi otağı gəzib atamın
meydini axtarmalı idim. Ancaq mən gözlü kimi gəzirdim. Odur ki, Avanes Obelyan
öz dəsmalı ilə mənim gözümü bərk bağlayıb dedi: - Mən Nadir, sən də kor
Rzaqulu, məni axtarırsan.
Mən əlləimi irəli uzadıb axtarmağa başladım. Stol və
stullara toxuna-toxuna yoldaşların gülüşü altında onu axtardıqca o qaçır və məni
tərifləyirdi... ” 2
Bu hadisə S.S.Axundovun “Nadir şah” əsərinin
ideyası ilə həmfikir olduğuna, eyni zamanda böyük inqilabçı – dramaturq N.Nərimanovla
yaradıcılıq və şəxsi dostluq əlaqəqələri saxladığına yaxşı sübutdur. “Nadir
şah” faciəsinin tamaşasında S.S.Axundovun N.Nərimanovla birlikdə çıxış etməsi
bu iki yazıçı arasındakı qarşılıqlı yaradıcılıq və dostluq əlaqələrinin
olduğunu göstərir.
1905-ci il inqilabından sonra “Nadir şah” əsərinin
tamaşaya qoyulmasına icazə verilir.
1906-cı ilin fevralın-8-də əsər ilk dəfə rus dilində,
sentyabrın 8-də isə Azərbaycan dilində
tamaşaçılara göstərilir. Həmin ildən başlayaraq Nadir şah“ tamaşası
30-cu illərə qədər dəflərlə Bakıda və Azərbaycanın müxtəlif yerlərində, eləcə də
Tiflisdə, Krımda, Bağçasarayda, Həştərxanda tamaşaya qoyulur. Bu tamaşaların
hazırlanmasında Azərbaycan səhnəsinin
görkəmli faciə ustası H.Ərəblinskinin və
S.Ruhullanın xidmətləri böyük və əvəzedilməzdir. “Nadir şah” əsəri Ə.Vəlinin,
M.Ə.Abbasovun, Ə.Qəmərlinskinin, A.M.Şərifzadənin, N.B.Yusifbəylinin,
A.A.Tuqanovun, A.İvanovun, İ.Hidayətzadənin, E.O.Bourun, İ.İsfahanlının və digər
səhnəustalarının rejissorluğu ilə tamaşaya qoyulmuşdur”.
N.Nərimanov 1908-ci ildə Odessa universitetini
bitirərək Bakıya gəlir və partiya tapşırığı ilə Tiflisə göndərilir. 1909-cu ildə
isə respublikamızın xalq artisti M.Mərdanovun
xatirələrindən məlum olduğu kimi, köhnə partiya üzvləri Əli Tağızadənin,
Əşrəf Yüzbaşovin və eləcə də Tiflisdə yaşayan mütərəqqi ziyalıların təşəbbüsü ilə sabiq “Şah Abbas” məscidində
onun məruzəsi təşkil olunur. Yığıncağı Tiflisdəki Azərbaycan teatrının banilərindən
biri, görkəmli aktyor, bolşevik Əşrəf Yüzbaşov açmış və sözü N.Nərimanova
vermişdir. N.Nərimanov sadə, inandırıcı dəlillərlə xalqlar dostluğunun gücündən,
maarif, mədəniyyətə doğru getməyin əhəmiyyətindən danışmışdır. Ağzına kimi dolu
olan məsciddəki adamlar, yalnız Tiflisdən deyil, ətraf kəndlərdən, o cümlədən
vaxtı ilə N.Nərimanovun müəllimlik etdiyi Qızılhacılıdan gəlmiş şəxslər N.Nərimanovu
diqqətlə dinləmiş və onun çıxışını sürəkli alqışlarla qarşılamışlar. Məsciddəki
çıxışından sonra N.Nərimanovun öz təklifi ilə Tiflis auditoriyasında müsəlman
artistləri ilə görüşü olmuşdur. Həvəskar
artistlərə bir sıra qiymətli məsləhətlər verib demişdi: “Oxuyun, savadınızı
artırın, bisavad müəllimə heç kim fikir verməz. Artistin özü də müəllimdir. Hətta
onun sənəti müəllimlikdən də çətindir. Savadsız artisti mən təsəvvür edə bilmirəm.Sənətinizi
sevin, sənətkarlığınızı artırın. Gözləməyin ki, qocalıq gələndə özü ilə bərabər
sizə istedad, bacarıq, savad və ağıl gətirəcəkdir. Siz bütün bu keyfiyyətləri
özünüz zəhmətinizlə, əməyinizlə, fəaliyyətinizlə qazanmalısınız”.
1909-cu ilin martında həbs edilib Metex qalasına salınan N.Nərimanov orada da xalqın taleyi haqqında, onun mədəniyyəti və tərəqqisi barədə düşünür.
Daha sonra Həştərxana sürgün edilən N.Nərimanov ilk gündən bir inqilabçı kimi jandarm idarəsinin nəzarəti altında olmasına baxmayaraq həkim, teatr təşkilatçısı kimi fəaliyyətə başladı.
Qeyd edilməlidir ki, tatar teatrının yaranması tarixini N.Nərimanovun adı ilə bağlayırlar. Çünki N.Nərimanov yalnız dramaturgiya ilə deyil, həmçinin aktyorluq, rejissorluq və təşkilatçılıq işi ilə də tatar teatrı tarixində çox mühüm bir mövqe tutur. Nərimanov Həştərxanda dram dərnəyi təşkil edir, tamaşalar hazırlayır, yerli teatr həvəskarlarına kömək göstərirdi. Eyni zamanda xalq universiteti cəmiyyətində çalışır, məruzə və mühazirələr söyləyir, xalqın mədəniləşməsi və maariflənməsi yolunda səyini əsirgəmirdi. Maraqlı cəhət burasıdır ki, bu işlərdə də o, inqilabi fikirləri təbliğ edərək bütün qüvvələri mütləqiyyət əleyhinə mübarizəyə yönəldirdi.
N.Nərimanov Həştərxanda teatr truppası təşkil etmək, həvəskar aktyorları vahid bir truppa ətrafında toplayıb möhkəmləndirmək, tamaşa hazırlamaq, rol ifa etmək, aktyorların ideya-bədii və siyasi inkişafına çalışmaq, tamaşalarda və aktyor ifasında, rejissor işində realizm prinsiplərini, təbiilik və həyatiliyi tətbiq etməklə yanaşı həm də teatrdan sui istifadə edənlərə, saxtakarlıq göstərənlərə, tamaşalardan toplanan gəliri mənimsəyənlərə, teatrı əyləncə yerinə çevirənlərə, hoqqabazlıq edənlərə , millətin mənafeyini deyil, özlərini düşünənlərə, “milçəkdən fil düzəldib”, asan bir işin həllini müşkülə salaraq avaraçılıq etməklə xalqa, millətə ziyan tuxunduranlara qarşı çıxır, yazdığı felyetonlar, məqalələr, etdiyi söhbətlər vasitəsilə onların yaramaz hərəkətlərini ifşa edirdi.

Bütün
varlığı ilə teatr sənətinə bağlı olan N.Nərimanov Həştərxanda sürgündə olduğu
illərdə oradakı teatr işləri ilə yaxından məşğul olmaqla bərbər, Bakını, onun
ziyalılarını, ədəbiyyat və incəsənətini, xüsusilə teatrın vəziyyətini unutmur,
onlarla bilavasitə əlaqə saxlayırdı. O, dramaturq, artist və qeyri səhnə
ustaları, ziyalılarla, o cümlədən inqilabçılarla məktublaşırdı. Bakıda baş verən
mədəni-maarif, siyasi hadisələr haqqında xəbərdar olurdu.
1910-cu ilin noyabr ayında Bakıda səhnəmizin məşhur komediya ustası Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illik yubileyikeçirilən zaman N.Nərimanov ona göndərilən dəvətnaməni bir gün gec alır. Ona görə də yubiley gecəsinə təbrik teleqramı göndərə bilmirsə də, “Bürhani-tərəqqi” qəzetində “Əziz və möhtərəm yoldaş Cahangir Zeynalov” adlı yazı dərc etdirir. Bu yazı N.Nərimanovun teatr sənətinə, aktyorluğa olan münasibətini tam şəkildə əks etdirir. Sənətin spesifik xüsusiyyətlərini, əsl mahiyyətini, məqsəd və vəzifəsini yaxşı bilən, onun bu gününü, müasirlik mövqeyini araşdıran, ictimai-siyasi hadisələrdəki böyük rolunu dərk edən və sənətin gələcəyini daha parlaq olacağını bilən bir sənətkarın ürək çırpıntıları, xoş niyyəti, məhəbbəti bu məktubda hiss olunur. Dəvtnaməni gec aldığı üçün təəssüflənən N.Nərimanov həsrətli bir ürəyin dili ilə deyir ki, “... vaxtında çatmış olsa da nə edə bilərdim. Aramızda böyük dərya, Qafqaz dağları və ixtiyarsızlıq...” C.Zeynalovu yubiley gecəsində təbrik edənlərdən biri olmaq istədiyini bildirən ədib, bir anlıq təəssüf hissi keçirir, fəqət bu hiss qüvvətli bir inamın qarşısında tez yoxa çıxır. N.Nərimanov sənət dostuna ürəyini açır, onun xeyirli əməllərindən danışır və qeyd edir ki, “Sizi Hacı Qara rolunda nəzərə gətirdim. Ah, nə gözəl mənzərə! Teatr dolu. Siz Hacı Qara rolunda, camaat əl vurur. Afərin söyləyir. Siz isə məğurluq ilə camaata baxıb deyirsiniz: “Haman bu yolda 25 il bundan müqəddəm mənə “oyunbaz” deyərdilər. Mənə həqir nəzərlərlə baxırdılar. İndi isə “afərin” deyirlər, təbrik edirlər!” 1
Sonra N.Nərimanov teatrın keçmişinə nəzər salır, onun keçdiyi ağır, məşəqqətli yolu xatırlayır. C.Zeynalov kimi səhnə cəfakeşlərinə hörmətlə yanaşır. “...Əzizim, milli teatr yolunda etdiyimiz xidmət heç vaxt unudulmayacaq.

İstiqbalda
da milli teatrımız barəsində yazılan tarixlərdə Sizin isminiz söylənəcəkdir.
Söyləyib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər:
artistdən “oyunbaz” ismini götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər!...”
Daima
sənətin tərəqqisinə çalışan, onun inkişafı zənginləşməsi, müasirliklə
bağlanması, yeni forma, yeni məzmun kəsb etməsi sənətkarlardan bu gün dünənkinə
bənzəməyən daha qüvvətli, daha təravətli sənət nümunəsi tələb edən, dünənki
işinə güvənib tənbəllik edən, öz üzərində çalışmayan, arxayınçılığa qapılan, həqiqi
sənət nümunəsi göstərməyi bacarmayan
aktyoru xoşlamayan N.Nərimanov yazını
belə tamamlayır: “Ümid edirəm ki, bu yubiley günündə camaatın Sizə alqışları gələcəkdə
milli teatra dair dəyanətimizin qüvvətlənməyinə, qeyrətimizin artmağına və məsləkimizin
üstə davam etməyə səbə ola...
Teatr tərəqqisinə çalışmalı. Çünki dinini, millətini sevən şəxs milli teatrını də gərək sevsin. Afərin olsun Sizə əziz, möhtərəm yoldaş!”
Teatr tərəqqisinə çalışmalı. Çünki dinini, millətini sevən şəxs milli teatrını də gərək sevsin. Afərin olsun Sizə əziz, möhtərəm yoldaş!”
N.Nərimanov 1913-cü ildə Həştərxan sürgünüdən Bakıya qayıdaraq Qara şəhər xəstəxanasında
həkimlik etməyə başlayır, ilk gündən inqilabi fəaliyyətini teatr işlərilə əlaqəli
surətdə davam etdirir. O, mədəni həyatdabaş verən hadisələrlə əlaqədar ədəbiyyat,
incəsənət haqqında qiymətli məqalələr yazır, sənətkarlara düzgün yol göstərir,
onlara parlaq fikri istiqamət verirdi.
1916-cı ilin sonlarında N.Nərimanovun “Bahadır və Sona” əsəri də tamaşaya qoyulur. Lakin ədibin başqa əsərlərindən fərqli olaraq “Bahadır və Sona”nın səhnə taleyi uğurlu olmur. Çünki aktyorlardan H.Ərəblinskinin (Bahadır), Ə.Vəlinin (dayı), Gülsabah xanımın (Sona) qüvvətli çıxışları, onların ifasında müəllif fikrinin geniş şərhi, yalnız iki ayrı-ayrı millətlərdən olan gənclərin məhəbbətinə deyil, köhnə dünyanın eybəcər sifətini əks etdirmələri irticaçı cəbhənin narazılığını gücləndirmişdi.
Lakin Azərbaycan teatrının 100 illik yubileyində söylənilən məruzədə bu deyildiyi kimi: “İnqilabdan əvvəlki Azərbaycan teatrı Bakı və Azərbaycan zəhmətkeşlərinin beynəlmiləl tərbiyəsində böyük xidmət göstərmişdir. N.Nərimanovun “Bahadır və Sona” povestinin səhnələşdirilib tamaşaya qoyulmasının böyük əhəmiyyəti oldu. Bu tamaşa müxtəlif millətlərin zəhmətkeşlərinin nəcib ideallar olan azadlıq və səadət idealları naminə qardaşlıq və birliyə səsləyirdi” 2
Sənətin mahiyyətini, mənasını, ictimai vəzifəsini əsas tutan, forma və janrından asılı olmayaraq real varlığı, obyektiv gerçəkliyi düzgün əks etdirən əsərləri yüksək qiymətləndirən , ona insanın obrazlı təfəkkürü, bədii idrakı, həyatın bədii inikası kimi yanaşan N.Nərimanov dram və musiqili teatrlar arasında hərc-mərclik yaranan zaman dram sənətini də, opera sənətini də xalqın mədəni yüksəlişinin əlaməti kimi müdafiə edirdi. N.Nərimanov sənətin hər hansı bir formasını ictimai mənadan məhrum etmək, onu insanların zəruri ehtiyacından ayırıb yüngül yləncə vasitəsinə çevirmək istəyənlərə qarşı kəskin çıxış edirdi. Bəzi adamlar Azərbaycan da opera sənətini lazımsız hesab edir, bu sənətin xalqın ictimai , mənəvi inkişafına təsirini və tərbiyəvi rolunu heçə endirirdilər.

isə dövrün demokratik fikirli ziyalıları ilə həmfikir olaraq musiqi teatrına
edilən əsassız ittihamlara qarşı çıxır, Azərbaycanda yeni yaranmış opera və operetta sənətinin zəruriliyini və
millətin mədəni psixoloji, etik və estetik cəhətləri ilə tam uyğunluq təşkil
etdiyini göstəirdi.
Böyük Oktyabr sosialist inqilabından sonra N.Nərimanovun çox cəhətli fəaliyyəti daha da qüvvətlənir. Bütün şüurlu həyatın xalq işi uğrunda mübarizəyə sərf edir, teatr işlərinə daha çox fikir verir, onun repertuarı və aktyorları sənətkarlıq məsələləri ilə məşğul olur. O, teatr işini xalqın həyatına daha da yaxınlaşdırmağa, sənətin ecazkar qüvvəsindən istifadə edərkən insanların şüuruna dərin təsir göstərməyə çalışırdı.
Azərbaycanda “Tənqid-təbliğ” teatrının yaranmasında da N.Nərimanovun xidmətləri böyük olmuşdur. O, ictimai həyatın tələbindən doğan yeni simalı “Tənqid-təbliğ” teatrının fəaliyyətinə çox böyük əhəmiyyət vermiş, ölkənin ağır vaxtlarında belə işinin çoxluğuna baxmayaraq teatr üçün vaxt ayırmağa imkan tapmışdır. N.Nərimanov “Tənqid-təbliğ” teatrının yaradıcı qüvvəsinə yaxından kömək etməklə bərabər, teatrın səhnə quruluşunu təkmilləşdirmək üçün 25 min manat pul,buraxılması barədə də göstəriş vermişdir.
Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycanın dəmiryol stansiyalarına və yaxın kəndləri gəzib tamaşa vermək, siyasi təbliğat işi aparmaq üçün “təşviqat qatarı”nın yaradılmasında da N.Nərimanov təşəbbüskar olmuşdur. İncəsənətin ən yeni cavan və ən kütləvi növü olan kino sənəti də N.Nərimanovun diqqət mərkəzindən kənarda qalmamışdır. Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən başlayaraq N.Nərimanov respublikada kino sənətinin inkişafı üçün lazım olan mühüm tədbirlərin tez və layiqincə həyata keçirilməsinə kömək edirdi.
Təsadüfü deyildir ki, A.V.Lunaçarski N.Nərimanovun ölümü ilə əlaqədar yazdığı məqaləsində göstərirdi: “Dünya inqilabı mərhum MİK sədrinin simasında böyük itkiyə yol verdi. İndi biz dərk edirik ki, bir tərəfdən Leninin kommunizm ideyaları ilə, digər tərəfdən isə Şərq xalqlarının həyatı ilə möhkəm bağlı olan inqilabçılar nə qədər böyük, xüsusi və əhəmiyyətli qiymətə malikdirlər. Mərhum məhz bu cür əsaslı şərqli kommunist idi. Partiyamız və dövlətimizə böyük itki üz vermişdir. Bu itki mədəniyyət cəbhəsində xüsusilə hiss olunacaqdır. Nərimanov qüvvətli mədəniyyət işçisi, yeni teatr ədəbiyyatının görkəmli şairi – dramaturqu idi”.
Səhnə sənəti sahəsində dramaturq, aktyor, rejissor və teatr təşkilatçısı kimi çox cəhətli fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, xüsusilə teatr sənətinin yüksəlişinə və inkişafına xidmət göstərən N.Nərimanovun adı qədirbilən sənətsevər xalqımız tərəfindən daima hörmətlə çəkiləcək, xatirəsi məhəbbətlə yad ediləcəkdir.