N. Nərimanov 1902- ci ildə Odessadakı Novorosiyya
Universitetinin tibb fakultəsinə qəbul olmuş, 1908- ci ildə buranı bitirmişdir.
4-cü kursda oxuyarkən “Tibb və islam” əsərini yazmışdır. Həştərxanda sürgündə
olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olmuşdur. Həştərxan
“xalq universitetləri cəmiyyəti”nin sədri olan Nərimanov Həştərxan quberniyası
həkimlərinin II qurultayında “Şurayi-islam” cəmiyyəti adından çıxış etmişdir.
1918-ci ildə Nərimanov Bakı şəhər təsərrüfatı komissarı kimi şəhərin sanitar vəziyyəti,
eləcə də xəstəxanaların vəziyyəti ilə bağlı bir çox lazımı tədbirlər görmüşdür.
1914-cü
ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləmiş,
neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin
camaatını müalicə etmişdir. O, öz mənzilində də xəstələri pulsuz müalicə
edirdi.
1909-
cu ildən 1918-ci ilə qədər N.Nərimanov Həştərxanda və Bakıda “Xolera-vəba”,
“Şaxotka-vərəm”, “Traxoma”, “Qadınlar aləmi”, “Tibb və islam”, “Əyyaşlıq” və
başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr
və kitabçalar çap etdirmişdir.
Adətən
mətbuatda hər cümə günü doktor Nərimanovun mühazirə oxuyacağı əvvəlcədən xəbər
verilirdi. Onun vərəm, göz ağrısı, əsəb, mikrob və sair mövzularda rəngli şəkillərin
müşayəti ilə söylədiyi maraqlı mühazirələrində təkcə kişilər deyil çadralı müsəlman
qadınlarıda iştirak edirdilər. N.Nərimanov hər mühazirədən sonra “Tibb və
islam” kitabçasını yoxsul fəhlələr arasında yaymaq üçün pulsuz paylayırdı.
(Bax: həmin illərdə Həştərxanda nəşr olunan “Burhani-tərəqqi”, “İdel”, “Astraxanskiy kray” və s. eləcə də Bkıda nəşr
olunan “İqbal”, “Baku”, “Sədayi-həqq” və s qəzetlər) Bu elmi-kütləvi mühazirələr
ən çox yayılan vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə
qarşı təcili profilaktik tədbirlərin görülməsində böyük rol oynayırdı. Məhz bu
mühazirələrdən sonra əhalinin tələbi ilə Bakı həkimlər cəmiyyəti səhiyyə-sağlamlıq
sahəsində bir sıra əməli işlər görməyə başlamışdılar.
N. Nərimanov
Qara şəhərdə işləməyə başlayandan sonra onun ilk yarımillik fəaliyyəti haqqında
Bakı tibb-sanitariya bürosunun hesabatında göstərilirdi ki, doktor çox gərgin
işləyir, qəbul vaxtını məhdudlaşdırmırdı. Bir gündə onun qəbuluna 50-dən 80-ə kimi xəstə gəlirdi və onlara hər cür tibbi
yardım göstərilirdi. 1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul
etmiş, 2441 nəfərə cərrahi yardım göstərmişdir. 9418 resept yazmışdır.
Əslində
N. Nərimanov ömrünün sonunadək harada olmasından və hansı vəzifədə işləməsindən
asılı olmayaraq həmişə millətinin sağlamlığı keşiyində durmuşdur. Onun
Moskvada-SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən Rusiya
Qırmızı Xaç cəmiyyətinin sədri Z.Solovyevə və RSFSR Xalq səhiyyə komissarı
N.A.Semaşkoya göndərdiyi məktublar bunusübut edir. Həmin məktublarda o, Azərbaycan əhalisinin tibb və səhiyyə sahəsindəki
ehtiyaclarından danışır və xahiş edir ki, Azərbaycanın cərrahiyyə, aptek alətləri,
müxtəlif medikamentlər və xüsusi ilə həmin dövrdə çox ehtiyac duyulan malyariya
əleyhinə kinə ilə təmin edilsin.