ƏZİZ VƏ MÖHTƏRƏM YOLDAŞ CAHANGİR ZEYNALOV

Sizin 25 illik yubileyinizə dair dəvətnamə bilməm nə səbəbə mənə gec
çatmış. Vaxtında çatmış olsa da, nə edə bilərdim? Aramızda böyük dərya,
Qafqaz dağları və ixtiyarsızlıq... Fəqət bu gündə istərdim sizi təbrik edənlərdən
olub öz hissiyyatımı söyləyəydim. Bir yerdə bir səhnənin üstə keçən günləri yada
salıb, heç olmazsa, beş dəqiqə, on dəqiqə, bir saat ikimizə məlum səhnəni
gəzəydik. Həmin səhnənin hər bir küncü, hər bir divarı, balaca-balaca taxtadan
bölünmüş otaqları bizi nə bir gözəl halətə gətirərdi!

25 il bündan müqəddəm halımızı nəzərə gətirib fikrimizlə bu uzun
məşəqqətli, tikan ilə səpilmiş yolu seyr etmək ruhumuzun təzəənməyinə,
əqlimizin qüvvatlənməyinə, hissiyyatımızın tərənnümə gəlməyinə səbəb olardı
desəm, səhv etməmişəm. Böyləmi? Ah, nə gözəl vaxtlar! Nə ali, müqəddəs
fikirlər, məqsədlər! Belə bir halətdə olmaq mənim üçün mümkün olmadı. Fəqət
fikrim haman səhnədə seyr edirkən sizi "Hacı Qara" rolunda nəzərimə gətirdim.
Ah... Nə gözəl mənzərə! Teatr dolu. Siz "Hacı Qara" rolunda səhnənin üstə,
camaat əl vurur, afərin söyləyir. Siz isə məğrurluq ilə camaata baxıb öz
Özünüzə deyirsiniz: "Haman bu rolda 25 il bundan müqəddəm mənə
"oyunbaz" deyirdilər. Mənə həqir nəzərlərlə baxardılar. İndi isə afərin deyirlər,
təbrik edirlər..."
Əziz, möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir.
Ələlxüsus sizin xidmətiniz. Çünki siz artist namini qəbul edən vaxt bakılılar
artistə "oyunbaz" deyib həqir nəzərlərlə baxırdılar. "Gəlmələr" milli teatırın
tərəqqisinə çalışarkən, Bakı cavanlarını özlərinə yoldaş etmək, onları (cavanları),
belə bır gözəl işdən məhrum edirdi. Siz isə teatrın xalqa nəfşini anlayıb camaatm
nəzərində həqir olan bir işə şüur etdiniz! Bu fikir ilə ki, vaxt olar, camaat səhvini
anlar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə "oyunbaz", kəndirbaz
söyləyənlər, məni bu səhnənin üstə alqışlayıdar, təşəkkürlər edirlər..."
Həqiqət, 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər. 25 il
ərzində çəkdiyimiz zəhməti milləl unutmadı və haman zəhmatin meyvəsini
anlayıb teatra həqir nəzərini dəyişdi. Artist "oyunbaz" deyil, bəlkə böyüldər üçün
nəsihətçi olmağını düşündü...
Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq.
İstiqbalda milli teatrımız barəsində yazılan təvarixdə sizin isminiz söylənəcək.
Söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da
düşünəcəklər! Artistdən "oyunbaz" namını götürmək üçün nə uzun müddət, nə
zəhmətlər, nə məşəqqətlər:
Ümid edirəm bu yubiley günündə camaatın sizə alqışları gələcəkdə milli
teatra dair dəyanətinizin qüvvətlənməyinə, qeyrrətinizin artmağına və
məsləkinizin üstə davam etməyə səbəb ola.
Teatr tərəqqisinə çalışmalı. Çünki "...Millətini sevən şəxs milli teatrını da
gərək sevsin"...
Afərinlər olsun sizə, əziz, möhtərəm yoldaş!..