TƏNQİD. "hifzül-səhhət"

DOKTOR KƏRİMBƏY SULTANOV
İdarənin təklifinə görə bu kitab tənqid olunur 



Vəzifəmiz ağır da olmuş olsa, genə milləti-insaniyyət naminə bu ağır vəzifəni
qəbul edib işə girişirik. Bəradərimiz, yoldaşımız doktor Kərimbəy Sultanov da
ancaq millət və insaniyyət naminə sözlərirnizə diqqət edər. Düz iyirmi il bundan
müqəddəm mən "Nadanlığ"ı yazıb meydana buraxdım. Məşhur
mühərrirlərimizdən biri Firidunbəy Köçərli "Nadanlığ"ı rus dilində tənqid etdi;
yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan
deyirdi. "Nalanlığı yazan daha gərək əlinə qələm götürməsin. Fəqət onun
çübuqlamäğı "Nadir şah"ın meydana gəlməsinə səbəb oldu...
Doktor Sultanov 166 səhifədən ibarət olan kitabı tibbin ən ahəmiyyətli bir

qismindən-elmi-səhhətdən bəhs edir. Bu qisim doğrudan" da tibbin idealı hesab olunur, yəni, hal-hazırda insanın əqli bir
nöqtəni özü üçün
müqəddəs bir məslək hesab edib ciddi surətdə haman nöqtəyə yeriş edir. Nədir o
nöqtə? Yəni, bir dərəcəyə çatmaq ki, insanın bədənini cürbəcür mərəzlərdən
nəinki dərman vasitəsilə sağaltmaq və hətta mərazin qabağım almaq, ya mərəzi
bilmərrə puç etmək ya onu zəifləşdirmək və yainki insanın bədənini bir növ
bələmək ki, mərəz ona daxil olsa da, haman bədən mərəzdən zərər görməsin.
Elmi-səhhət indiki halı və yerişi gələcəkdə doğrudan da müqəddəs, ali məqsədo
çatmağa böyük ümidlər vəd edir və hətta keçən il "İqbal"da bəhs etdiyim
professor Baxmetiyevin teoriya təsəvvürü bu məsələdə geniş və hala əqli
çaşdıran yollar açır...
Böylə bir böyük bir məsələni meydana qoymaq üçün böyük hazırlıq lazımdır.
Gah vaxt bilmək bildirməkdən çətindir. Xüşusən elmi məsəiələri. İnsan əvvəla
bilsin ki, özü yaxşı düşünsün; fəqət bir qeyrisini düşündürə bilməsin. Bir
müəllimin öz elmini yaxşi bilməsi onun yaxşı müəllim olmağına hələ dəlalət
etməyir. Uşaqlar çətin dərslərini asan və tez öyrənər isə müəllim doğrudan da
yaxşı müəllim olmağını göstərar. Kitab və ya məqalə yazan əvvəl gərəkdir
oxucularını gözünün qabağına gətirib də öz-özündən soruşa: Kimdən ötrü
yazıram? Oxucular da mətləbi düşünməyə hazırdırlarmı?
Bizcə, cənab Sultanov kitabını yazanda bu sualları görünür ki, unudubdur.
Cənab Sultanov öz müqəddiməsində deyir: "Bir neçə on il bundan əqdəm
hakimlik sənət hesab olunurdu və o zamanın həkimlərini sənətkarlar deyə
adlandırırdılar" və sonrakı sözlərindən də məlum olur ki, tibb elmi dərəcəsinə
ancaq bu "bir neçə on ildə" çatıbdır. Yəni çox vaxt deyil ki, biz doğrudan da
sənətkardan həkim olmuşuq. Biz özümüz bu yavuqdan bəri həkim olduğumuz
halda və aramızda minlərlə müxtəlif məsələlər hələ həll olunmamış bir zamanda,
xüsusən elmi səhhət kimi müxtəlif məsələləriə dolmuş bir şöbədən bəhs etmək
və haman bəhsi hala təzə yazı-pozu başlamış camaata yazmaq, əlbəttə, olar.
Fəqət səmərəsi? Həman müqəddiməsində insanın bədəni nədən ibarət olmağım
yazıb da deyir: "Biz tapmışıq kletkanı ki, bədənimiz bütün ayrı-ayrı kletkalardan
ibarətdir". Hətta böylə bir kökü dil ilə yazılmış, vəsf olunmuş kletka nədən ibarət
olmağım 5 il kletka üstə çalışan həkimlər, əlbəttə, düşünəcəklər, fəqət oxucuların
bu məsələdə də hazır salmaqlarını da nəzərə almaq lazımdır. Habelə cənab
Sultanov uzun-uzadı "ümumi azarlar" barəsində bəhs edib öylə bir şeyləri meydana gətirir ki, həkim olmayan üçün gərəksiz məlumatdır, desək
də yarar; Məsələn, oxucunun nəyinə lazımdır bilsin: "deaqnustifə" nədir?
"Anamniz" nədir? "Simpetyum" nədir? Və ya xalqın nəyinə lazımdır bilsin
həkimlər nə fənd ilə mərəzi tapirlar? Böylə şeyləri yazıb cənab Sultanov gərəksiz
misallar ilə güya istəyir bu camaatı inandırsın ki, həkimlər şarlatan deyildirlər.
Əltəbbə, bu barədə cənab Sultanov həkimlər tərəfindən təşəkkürlərə layiqdir.
Fəqət bir az da gərək oxucuların səbrini nəzərə almaq!
Oxucu üçün lazım böylə bir məlumatlardan sonra cənab Sultanov bakteriya
barəsində uzun məlumat verir. Burada demək istərdik ki ədəbiyyatımızda ən
məşhur söz mikrobdur. Bu barədə türk və tatar dilində kitabçalarımız da vardır.
Bu barədə çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi bakteriya, batsil və ya
mikrob bir-birindən fərqli olmuş olsa da, bakteriya yerinə mikrob işlətsək,
dünyalar qara geyinməz zənn edirəm. Burada cənab Sultanov öylə bir məsələlərə
girişir ki, oxucular tamam kitabı yox, bəlkə bu iyirmi səhifədən ibarət məqaləni
oxuyub qurtarandan sonra ancaq bunu biləcəklərdir ki, dünyada zərrəbini canlı
heyvanlar (?) var imiş. Əsil elmi-səhhətə dair asan məsələləri axıra salıb ən çətin
məsələlərdən başlamaq didaktika-elmi nozərilə böyük bir xətadır. Bu elm deyir:
Əvvəl yavuqdan başlayıb uzağa getmək, yəni asandan başlayıb, çətinə gəlmək.
Cənab Sultanov kitabında əsil hifzül-səhhətə dair məsələlər: Toz, su, hava və
qeyrilər axıra düşübdür. Ən çətin bakteriya məsələsi qabağa keçibdir.
Nədənsə, cənab Sultanov kitabda əsil elmi-səhhətə dair məsələlərə əhəmiyyət
verməyir, verməyib də kitabına gigiyena elmi-səhhət adı vermək böyük cürətdir.
Məsələn, su kimi bir böyük məsələ barəsində bəhs açıq quyu, çay suları
barəsində müfəssəl söyləmək olmaz. Nə üçün doğrudan da Avropada və yainki
Rusiyyada milyardlar xərc edib vədəprovodlar düzəldirlər? Burada
vodoprovodlardan və ya kanalizasiyadan bir gözəçarpan statistika vermək və
çıplaq sıfirlar ilə xalqın beynini oyatmaq nə gözəl olardı. Doğrudan da, Bakı
camaatı, xüsusən müsəlmanlar hərgah bu vaxtadək içdikləri su nə olmağını
bilsəydilər və onun zərərini düşünsəydilər şorlar suyu indi Bakının küçələrində
sel kimi axırdı. Haman su məsələsində filtirdənmi söhbət etmək olmazdı?
Vəhalən ki, hazır filtirlər vardır ki, altı min bakteriya suyu təmizləyib bir
bakteriya ancaq tapılır. Bu məsələdə artezıan quyularımı əhəmiyyətsizdir. Bir
yerdə həm su quyusu və həm rahatxana olub da, bunların bir-birinə yer altında yol olmağımı əhəmiyyətsiz
məsələdir? Bəs, xüsusi yer məsələsi necə oldu? Toz və hava barəsində yazıb da
və məktəb məsələlərinə ciddi surətdə girişməmək böyük xətadır! Cənab Sultanov
bu sualların cavabında deyə bilər: mən müxtəsər məlumat verməyimi kitabın
müqəddiməsində yazmışam. Onda yaxşı olmazdımı dıq mərəzinə dair "Hava ilə
müalicə" məqaləsini bir az gödək yazaydınız. Əcəba! Kimdir indi həkimsiz
özünü girə azot və ya muşyak ilə özünə müalicə edən? Bununla belə,bu barədə
məqalə kitabın üç səhifəsini tutubdur. Bunun əvəzində yaxşı olardı ki, bir az da
işıq barəsində məlumat veriləydi.
Daha doğrusu, sirayətedici mərəzlər barəsində yazıb da müalicələrinə artıq
əhəmiyyət vermədən əsil hifzül-səhhətə dair məsələlərə geniş yer vermək
əfzəldir. Kitabda bir neçə elmi səhvlər də vardır; fəqət bu səhvlər oxucular üçün
bir o qədər əhəmiyyətli deyil. Lazım olursa, cənab dokor ilə bu barədə söhbət
edərik, tainki kitabın ikinci çapında təkrar olunmasın. Bununla belə, cənab
Sultanovdan təvəqqə edirik ki, cənab Meçnikovun qocalığa dair təsvirinə artıq
dərəcədə diqqət versin. Cənab Meçnikovun qocalıq barəsində leksiyasını mən
eşitmişəm. Ona binaən, cənab Sultanovun Meçnikov teoriyası barəsində dediyi
sözlərə şərik olmam. Bu teoriya və immunitet məsələsinə dair ümidvarıq cənab
Sultanov ikinci çapda lazım olan məlumatı versin. Çünki bu iki məsələnin
gələcəkdə elmi-səhhətdə böyük rollar oynamağına heç şübhə yoxdur.
Dil məsələsinə gəldikdə, doğrudan-doğruya cənab Sultanov bir hünər
göstəribdir ki, kitab sadə, açıq türk dilində yazılıbdır. Fəqət cənab Sultanov türk
dilinin ədəbiyyatına, sərf və nahvinə bələd olsaydı, yaxşı olardı.
Tibbə dair kitab yazmaq üçün zəhmət çəkənlərə bir söz də demək istəyirdik.
Hal-hazırda tibb elminin böylə bir ağır şöbəsinə girişməkdənsə, bu şöbəyə dair,
ayrıca-ayrıca məsələlər barəsində balaca kitabçalar yazmaq daha gözəl olardı.
Hər halda, səhvlər ilə belə möhtərəm yoldaşımız Kərimbəy Sultanovun
"Hifzül-səhhət" kitabı müsəlmanlar üçün gərəkli bir kitabdır. Səhv etməyiriksə,
bu kitab doktor əfəndinin əvvəlinci zəhmətidir. Ona görə böylə səhvlər iş
başlayanlar üçün müyəssərdir.
Bir də gərəkdir bunu bilmək: iş görən səhv edər, iş görməyən səhv etməz. Biz
səmimi qəlbdən yoldaşımızın böylə bir müqəddəs yola ayaq qoymağını təbrik edirik. Ümidvaram ki, Kərimbəy Sultanov alim bir adam
olub da göstərdiyimız səhvlərdən qorxmaz və daha artıq cidd-cəhd edərkən
bildiyi məlumatları müsəlmanlar arasında intisar edər. Doğrudan da yeni oxumuş
diplomlularımızın arasında Kərimbəy Sultanov öz kitabı ilə şəfəqlənir. Böylə
qeyrətli cavanlarımızın artması millətimizin xoşbəxtliyidir.