
Bu üsullara diqqət edib də dərin-dərin fikirlərə düşürüz. Nə yaman halət, nə
yaman rüzgar! Əcnəbilər qəzetlərimizi oxuyub işlərimizə baxsalar fikir edirlər:
bu millət ya zamanın təqazasına hazır deyil, yainki oxuduğunu anlamır, yoxsa
səbəb nə olmalı? Bundan çox bağırmaq, bundan çox yazmaq olarmı? Bundan da
bədtər xabi-qəflətdə qalmaq, bundan da bədtər kor və kar olub himmətsizlik
olamı?
İndi ən mühüm məsələlərdən birini həll etmək istəyiriz. İndi bu məsələyə də
camaat qulaq asmasa təklifimiz nədir? Karlara daha ziyadə bağırmaqmı? Korlara
işlərimizin fənalığını göstərmək üçün daha ziyadə işıq verməkmi? Yoxsa qələmi
atıb "alı, cəhənnəmə, millətin aqibəti nə olacaqsa olsun!" deyib də sakit
olmaqmı?
Yox, əfəndim! Hər halda sakit olmayacağız, mümkün olan qədər dərdlərimiz
barəsində söyləyəcəyiz, bəlkə bir çırağ tapıb onun işığı ilə zülmətdən xilas olaq,
nadanlığın kəməndindən özümüzü qurtaraq... Bəlkə biz də insaniyyət nə
olmasını və əsası nədən ibarət bulunduğunu düşünüb özümüz, bilzat, özümüz
yavaş-yavaş hərəkət edək...
"Özümüz" sözünə diqqəl etməlidir... dərdlərimizin nəfsinə səbəb
"qeyrilərinə" ümid bağlamağımız olubdur demiş olursaq, böyük səhv etməriz,
zənn edirəm. Həqiqət bir yaxşı fikir ediniz: yüz ildən ziyadə rus dövlətinə tabe
olmuş hankı dərdimizə bir yerə yığılıb əlac axtarmışıq? Hankı mühüm
məsələlərimizi həll edib də onun dalınca getmişik? Həmin məsələnin meydana
gəlməsini dövlətdən tələb etmişik? Hankı ümum millətə dair işin üstə
qazamatlara düşmüşük, canımızdan, malımızdan keçmişik? Bunlar heç biri
olmayıbdır... Lakin cilovumuzu dövlətə, daha doğrusu, mən dövlət
qulluqçusuyam deyənlərə verib bəxtimizi onlara tapşırmışıq, nərəyə sürüblər
getmişik, nasıl rəftar ediblər şükürlər etmişik... Hətta aşkara zərərimiz olan
əmrlərin, fellərin intişar tapmağına özümüz kömək etmişik. (...).
İyirmi il bundan müqəddəm dövlət qonşularımızın, milli camaatın ianəsinə
açılan məktəbləri qapadı, çünki həmin məktəblərdə ana dili təlim edirdilər.
Dövlət isə rus lisanından başqa ona tabe olan millətlərin lisanlarını bilmərrə
aradan götürmək istəyirdi... Bəli, dövlət erməni milli məktəblərini qapadı.
Erməni camaatı boyunlarını əyib dövlət açan məktəblərə uşaqlarını verdilərmi?
Yoxsa bir qeyri yol ilə hərəkət etməyə başladılar? Bunlar dövlətin politikasını
anlayıb başlarına çarə aradılar. Camaatın qeyrəti daha ziyadə artıb uşaqlarına
evdə dərs verirdilər. Məktəblərdə qulluq edən müəllimlər indi evlərdə dərs verib
əvvəlkindən də artıq məvacib alırdılar. Getdikcə məktəblərin qapanacağına görə
müəllimlərin ədədi azalmaqdansa, dəxi də artıq idi...
Firəngistana təhsilə gedən ermənilərin də ədədi təksir etdi, bir il vaxt belə
getdi.
Dövlət səhvini düşündü, gördü zor ilə milləti dilindən ayırmaq mümkün
deyil. Qapanmış məktəblərin açılmağına izin verdi. Məktəblərin, müəllimlərin
ədədi daha ziyadələndi. Yəqin ki, camaat uşaqlarını evdə oxutmasaydı, nə dövlət
təzədən məktəblərin açılmağına izin verərdi, nə də kasıb erməni dili bu az vaxtda
tərəqqi tapıb bugünkü ədəbiyyatına nail olardı; bu yolda bizim camaat nə iş
gördü? Camaatımızın "qanacaqlıları" rus dilində çörək görüb uşaqlarına haman
dili vacib bilirdilər... Kəndi ana dilinə həqarətlə baxırdılar... "qanacaqsızlarımız"
rusu günah bilib, öz dilini də oxutmaq bacarmırdı. Məktəblərimizdə Nuhun
əsrindən qalan üsul ilə dərs verməyə kifayət edib zavallı uşaqların, gələcək millət
balalarının fəhmlərini, zehin lərini korlatmağa çalışırdılar. Bəli, bizim camaat da bu qulluqları göstəribdir!
Dövlət isə camaatımızın iki firqəyə bölünməyini və bunların lisan barəsində olan
fikirlərini pək yaxşı anlayıb da "qanacaqlılarımıza" tələb olan yemi yavaş-yavaş
verib "qanacaqsızlarımzı" əsla nəzərdən salmışdı. Dövlət bizim "milli"
məktəblərə ibtida diqqət etdi. Onları da bağlamaq istədi, lakin bu məktəblərin
proqramlarını; üsulunu düşünüb onların artmağına da mane olmadı. Aşkar gördü
ki, bu məktəblər milləti diriltməkdənsə, öldürəcəkdir.
Bu günədək millətin balalarını kor edən, hər şeydən avara salan, vaxtlarım
əbəs yerə puç edən məktəblərimiz nəinki kəndlərdə, hətta şəhərlərdə, məktəb
direktorları, inspektorları olan mərkəzlərdə göbələk kimi artmaqdadır. Camaat
özü bu məktəbləri qapamasa, dövlət işə qanmayacaqdır...
Dövlət bu məktəbləri başma qoyub rus dilində çörək görənlərin imdadına
yetişdi. Kəndlərdə, şəhərlərdə camaatın xərcinə məktəblər açıb həftədə altı dərs
rus dilində, bir-iki dərs də (xala xatirin qalmasın) türk dili VƏ şəriət dərsləri
verilir idi və indiyədək verilir.
"Qanacaqlı" camaatımız bu məktəblərin açılmağına şad olub "dövlət nə gözəl
pərəstdarlıq edir" deyirdi. Daha bunu anlamırdı ki, dövlətə verdiyi xərclərin
içində bu məktəblərin xərcini öz cibindən verirdi. Ancaq pul xəzinədən gəlməyə
görə dövlətə pərəstar deyib şükürlər edirdi... Lakin "hankı dildən və nə tövr dərs
verilir" məsələsi ilə camaatın işi yox idi və yoxdur... Nə borcumuz! Dövlət özü
məktəb açıb özü də bildiyi qayda ilə aparacaqdır. İnsafən, dövlət məktəblərində
üsuli-cadid ilə dərs verilir. Yuxarıda zikr olundu: həftədə də altı dəfə rus lisanı
telim oiunurdusa, bir dəfə ana dilindən dərs verilirdi.
Nə etmək, camaatın xahişidir, dövlət də ona "pərəstdarlıq" edir. Camaat öz
dilinə həqarətlə baxanda və dövlət sonradan tabe olan millətləri "ruslaşdırmaq"
istəyəndə bu tövr məktəblərin çoxalmağını, bu tövr proqrammanın baqi
qalmağını dövlət istəməyəcəkmi?
***
Qori seminariyasında türk dili və şəriət dərsində dövlətin politikasını
gördünüz. Lakin nə səbəbə dövlət müsəlman şöbəsini İrəvan seminariyasında
açmayıb. Qori seminariyasında açmağına diqqət etdinizmi? Qori əhalisi gürcüdən, ermənidən ibarət balaca şəhərdir. Bu şəhər
Tiflisdən üç saat dəmir yolu ilə şimala tərəf olarkən, o vaxtadək Qafqaz
müsəlmanlarından bir fərd orada həmişəlik məskən etməyibdir, yeni demək
istəyiriz beş-on "quyu" qazan iranlıdan başqa müsəlman tapılmaz.
Belə bir şəhərədə dövlət tərəfindən müsəlman şöbəsini açmaq, türk və şəriət
dərslərini mürür ilə mənasız bir şey hesab etmək nəyə dəlalət edir?
27 ilin ərzində biz camaat bunu anlamadıq, genə də anlamazdıq. 28 il də bu
sayaq gedirdi, lakin qeyrilərin qeyrət, hümmət, həmiyyətlərı, qonşuların,
hürriyyət yolunda qan tökmələri cəmi Rusiya baş qaldırıb yüz illərlə buxovda
olan əllərini, ayaqlarını azad edib möhürlü ağızlarını açmaqla bizə də xoşbəxtlik
gətirdi. Biz kərpici kərpic üstə qoymadıq, lakin qeyrilərin səbəbinə bizim üçün
bir divar hörüldü. Dövlət naçar qalıb ermənilərin, gürcülərin və qeyri hürriyyət
yolunda işləyənlərin tələblərinə görə əməl edir. Yüz illərlə ixtiyarını itirmiş, indi
zor ilə hərəkət edən millətlərə yavaş-yavaş ixtiyar verir. Hər millətin ana dili
uşaqlar üçün vacib olub məktəblərdə oxunur. Bizim camaat bunları görüb yenə
də lal və kar qalmış, axırda dövlət özü qafqazlılar üçün ümum qanun düzəldib
dedi: qeyri millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacanrsınız isə
siz öz də başmıza çarə qılırız. Bu fikir ilə türk dilini müsəlman müəllimlərinə
vacib bildi, qəza şəriəti də vacib bildi. Qori seminariyasında müsəlman şöbəsinə
məşhur qeyrətli, həmiyyətli mühərrirlərimizdən Soltan Məcid Qənizadəni
inspektor təyin etdi (bu, dövlət tərəfindən heç görünməyən, gözlənilməyən
hərəkət!), axırda seminariyanın, Qori seminariyasının bir qeyri müsəlman
şəhərinə köçmək məsələsini araya gətirdi. İki ilin ərzində müsəlmanlar
barəsində belə-belə etdiyi səhvin indi düzəlməyinə çalışdıq... Lakin kəndi
xahişiləmi? Xeyr, zəmanə tələb etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun
yox olmasına çalışan dövləti bir qanlı hüriyyət indi vadar edir ki, ana dilini qeyri
dillər kimi uşaqlara vacib bilsin...
Bu günlərdə duma "təlimi-ümumi-külli" qanununu elan edəcəkdir, hamı
kəndlərdə, şəhərlərdə, milli məktlblər açılacaqdır. Uşaqlara üsuli-cədid üzrə ana
dili təlim olunacaqdır... Fəqət bu dili təlim edən müəllimləri nerədən
gözləməliyiz? Əlbəttə, Qori seminariyasından indi tutalım ki, Qori darülmüəllimin əvvəlki proqrammasını dəyişib zəmanənin
təqazasına binaən proqramma düzəldir. Türk dili və şəriət ürəyimiz istəyən kimi
təlim olunur, buna kifayət edib seminariyanı yenə də Qori şəhərində qoymaq
olarmı?
Bizim təsəvvürümüzcə, proqrammaya təğyir verilsə, yəni türk dili və şəriət
biz istədiyimiz kimi təlim olunsa, seminariya Qoridə qalmağına razı olmaq olar,
çünki haman seminariyada müsəlmanlardan savayı gürcülər, ermənilər, ruslar və
qeyri tayfalar oxuyurlar...
Böylə olan surətdə dövlətə lazım gəlir müsəlman şəhərlərinin birində daha bir
seminariya açsın. Açıq söyləməli: biz seminariyadan nə gözləyiriz? Biz jstəyiriz
əvvəla seminariya qurtaran müəllimlərimiz kəndi dilini, ədəbiyyatını, dinini
layiqincə bilib İbtidai məktəblərimizdə oxuyan uşaqlara zəmanənin təqazasınca
təlim versinlər, millət və vətən üçün tərbiyəli, məlumatlı balalar hazırlasınlar...
ikinci, seminariyadan dərdimizə tez əlac olmağını gözləyiriz, yəni bu vaxtadək
seminariya ildə on kurs qurtarmış müəllim verir idisə, indi ildə əqəllən qırx
müəllim verməlidir. Vətənimizdə "təlimi-ümumi" qanuni verilir isə ildə yüz
müəllim də az olacaqdır.
Tutalım ki, Qori seminariyası proqramına təğyir verib əvvəlinci qüsurumuzu
düzəlldi. Yəni ibtidai məktəblərimiz üçün layiqli müəllimlər verdi, lakin ikinci
qüsurumuza, yəni müəllimlərimizin ədədini artırmağa əlac edəcəkmi? Əlbəttə,
yox! Qori seminariyasında oxuyan müsəlman uşaqları pansiona qəbul olunurlar,
həmin pansiona qırx-əlli nəfərdən artıq uşaq qəbul olammaz. Hər bir pansiondan
qırx-əlli nəfər uşaq təlim taparsa, bunlardan ildə onu da qurtarsa şükür etməli,
halbuki təxminən ildə 6 və 7 müəllim kurs qurtarır, ildə 6 və 7 müəllim bu
vaxtadək bəs etmirdi. Hal-hazırda kənd məktəblərimiz müəllimsizlikdən qapanır,
bundan sonra daha yaman halda bulunmağımız aşkardır...
Xülasə müəllimlərin ədədi artmaq üçün iki-üç seminariya gərəkdir açılsın.
Dövlət isə hal-hazırda üç yox ki, birini də açmayacaqdır. Qori seminariyasının
ildə 6 ya 7 müəllimdən artıq buraxmağa mümkünü olmayacaqdır.
Böylə olan surətdə Qori seminariyasını bir qeyri müsəlman mərkəzi olan
şəhərə köçürtmək lazım gəlir. Yuxarıda zikr olundu ki, Qori seminariyasına
altmış şagirddən artıq qəbul olunmur və yenə söylədik ki, Qoridə həmişəlik
sakin olan müsəlman yoxdur.Müsəlman olmayan surətdə kənardan gəlib oxuyan da olmayacaqdır. Açıq deməli, Qori darülmüəllimin Bakıda ya Gəncədə və ya bir qeyri müsəlman
şəhərində olsa padşahlıq xərcinə oxuyan altmiş nəfərdən savayı altmış nəfər
müsəlman uşağı və daha ziyadə öz evlərində olarkən seminariyada elm təhsil
etməyə mümkünləri olacaqdır. Yeni gundüzlər padşahlıq xərcinə oxuyan uşaqlar
ilə bərabər dərs oxuyub axşamlar öz evlərinə gedərlər...
Seminariyanın müsəlman mərkəzində olmağı qeyri məsələlərdə də
müsəlmanlara böyük mənfəət gətirir. Lakin burada müəllimlərin ədədi artmaq
məsələsini ümdə bilib hələ bu barədə bəhs etməyi vacib bildik.
İndi üzümüzü müsəlman şəhərlərinə tutub deyiriz: dövlət Qori
seminariyasinın müsəlman mərkəzinə keçməyinə razı olubdur. Fəqət müsəlman
camaatından qeyrət, hümmət, həmiyyət gözləyiriz... Şəhər dumalarının üzvləri
bu məsələyə artıq gərəkdir diqqət etsinlər, kəndi təsəvvürlərini dumalarda
söyləyib bu məsələnin tez həll olunmağını tələb etməli, dövlətin müqabilinə
çıxıb göstərməli ki, biz də müəllimlərin artmasını istəyiriz, biz də dərdimizin
əlacını arayırız. Biz də gec də olmuş olsa, xabi qəflətdən ayılıb qonşular iyirmiotuz
il bundan müqəddəm gördükləri işi biz indi görmək istəyiriz... Hal-hazırda
bu məsələyə daha artıq diqqət etməlidir. İndi Rusiyada hamı millətlər dərya
misal bir hürriyyət emvacinə düçar olublar. Üzmək bilənlər həmin mövelərdən
xilas olub kənara çıxacaqlar, üzmək bacarmayanlar ləpələrin arasında qalacaq,
əlləri hər yerdən üzülüb "dərya heyvanlarına" yem olacaqlar...
Möve və girdabdan xilas olmaq, nəhənglər, timsahlar tərəfindən udulmamaq
üçün mətin bir səfine bir gəmi lazımdır ki, o gəmi də camaatın özündən ibarətdir.
Bu cür xətəmak təhlükəli işlərdə bizi sahili-nicata çıxaracaq çarələr camaatın
özündədir, vəssalam.
Dövlət bir nöqtədə dayanıb yəni "ruslaşdırmaq" politikasında davam edib
haman politikasına müvafiq hərəkət edir.
Bu məqsədlə seminariyalar, yəni müəllimlər hazırlamaqdan ötrü
darülmüəllimin açır. İrəvanda, Xunidə, Qoridə açılmış seminariyalar bu
məqsədlə açılıbdır. Bu seminariyaların gözəçarpanı, xüsusən müsəlmanlar üçün
Qori seminariyasıdır. Çünki burada müsəlmanlar üçün ayrı bir şöbə açılıbdır,
altmış nəfərə binaən burada pansion var. Altmış nəfər müsəlman balaları burada
"padşahlıq" xərcinə oxuyurlar. Vaxt var idi bu cavanları şəhərbəşəhər gəzib pulla
yığırdılar, yəni yol pulunadək xəzinədən verilir idi. Əlbəttə, bu bir zamanadək idi. Vaxta ki,
müsəlmanlar öyrəşdilər daha yol xərci verilmədi. İndi o qədər istəyən var ki, illik
pulunu verib oraya çətinlik ilə qəbul olunurlar.
Qori seminariyası 1876-cı ildə açılıbdır. Müsəlman şöbəsi üç il keçmiş bina
olunubdur. Deməli, 27 ilin ərzində bu seminariya bizim kənd və şəhər ibtidai
məktəblərinə müəllimlər hazırlayıbdır. İndi Bakıda gördüyünüz rus-müsəlman
məktəblərinin müəllimləri, Qafqazın qeyri şəhərlərində, kəndlərində ibtidai
məktəblərində dərs verən müəllimlərin əksəri orada tərbiyə alıblar.
Seminariyanın proqramması ibtidai məktəb müəlliminə cüzi məlumat verir.
Lakin rus dilinə artıq diqqət olunur. Hamı dərslər, elmlər rus dilində təlim
olunur. Cüzi şəriətdən, türk dilindən dərs verilir idi. Verilir idi, verilirdi deyib də
biz şeminariyanın on altı il bundan müqəddəm halını nəzərə gətiririz. O vaxt indi
üsul-cədid ilə yazılmış "Vətən dili" kitabçasının müsənnifi, mütəvvifi
Çemyayevski müsəlman şöbəsinin naziri idi. Demək olar ki, onun vaxtında türk
dilinə bir az diqqət olunur idi. Özü türk dilini öyrənməyə ciddü-cəhd edib haman
dildə verilən dərslərə artıq diqqət edirdi. Türk dili və şəriət müəllimi indiki
Şeyxülislam cənab axund Molla Əbdülislam olub, orada tərbiyə alan müsəlman
uşaqlarına böyük nəflər gətirırdi. Demək olur ki, indiki hala nisbətən Qori
seminariyası - xüsusən müsəlman şöbəsi böyük tərəqqidə bulunurdu. Cənab
axundd molla Əbdülislam türk dilinə və şəriət dərslərinə artıq diqqət edirdi.
Dərslər az isə də, o, vaxtını itirməyib bacardığı qədər cidd-cəhd edirdi. O vaxt
təli kitabları yox idi. Bununla bərabər, gecələr işləyib gündüz dərsləri üçün
hekayələr düzəldirdi. Türk dilində sərf və nəhv öyrədirdi. (...). İnsaf məqamında
demək olar ki, Qori seminariyasından elmini tamam edib indi millətpərəst və
yainki əlı qələm tutan beş-üç nəfər varsa, cənab axund molla Əbdülislamın
tərbiyəsinə bağlıdır...
Bunun səyi bir tərəfdən, digər tərəfdən də Çernyayevskinin müsəlmanlar ilə
xoş rəftarı uşaqlara şəriətdən və ana dilindən mümkün olan qədər qəza verməyə
səbəb olur idi. Mütəvvif Çernyayevski cavanlıqdan müsəlmanların arasında
tərbiyə tapıb, adətlərinə, şəriətlərinə aşna bir zat idi. Müsəlman balaları ilə
mülayimliklə dolanırdı... Halbuki seminariyanın direktoru Streletski buna zidd
olub müsəlman şagirdlərinin ixtiyarını yavaş-yavaş məhv etməyə çalışırdı.
Müsəlman balalarına qərib vilayətdə öz lisanlarında söhbət etməyi qadağan
edirdi. Demək ki, cənab Strelctsk popeçitelin sağ əli olub onun fikirlərini və dövlətin müsəlmanlar barəsində olan politikasını, yəni
müsəlmanları "ruslaşdırmaq" fikrini işə verirdi...
Bu "politika" getdikcə artıb, 1892-ci ildən sonra ziyadə şiddət etdi.
Bu ildən müsəlman şöbəsinə məşhur II minskinin müridi bulunan {...).
missionerlərdən Smirnov inspektor təyin olundu.
Bu ildən bizim əqidəmiz ilə şöbənin tədənnü və tənəzzülü, dövlətin əqidəsilə
onun "tərəqqisi" başlanıbdır.
Rusiya müsəlmanlarını xristian dininə dəvət etməkdə canını çürüdən
İlminskinin müridindən nə gözləməli idi?
Həftədə iki dəfə türk və şəriət dərsləri vacib olarkən Smirnovun vaxtında
getdikcə lazımsız dərslərdən hesab olunur idi. Cənab axund molla
Əbdülislamdan sonra (iki il kemiş) oraya təyin olan müəllimlər üzlərini yumşaq
göstərib cənab Smirnovun əqidəsi ilə iş görməyə başlayırlar... Axırda tariximüqəddəsi
Smirnovun köməkliyi ilə rus dilinə tərcümə edirlər... Türk dili
bilmərrə unudulur, axırda türk dilinə bir dərəcədə həqarətlə baxılır ki, orada
təhsil edib kurs qurtaran müəllimlərimiz türk əlifbasını da bilmirlər.
Ən axırda türk lisanı seminariyada "ümumi" bir lisan olur: müsəlman
uşaqlarının əvəzinə rus, gürcü, erməni uşaqları türk lisanı dərsin-də otururlar.
Müsəlman müəllimləri isə rus, gürcü, erməni uşaqlarına türk lisanını təlim
etməklə kifayət edirlər. Hərdənbir iki müsəlman uşağı dərsə gəlir isə, onlara da
"vaxtlarını" sərf edirlər. Qalan uşaqlar türk dərsinin vaxtında nə iş görürlər, nəyə
məşğuldurlar, nərədə oynayırlar, lazımsız bir məsələ olub diqqətə alınmırmış.
Tutalım, azından on il Qori seminariyası bu halətdə bulunubdur. Bu on ilin
ərzində Qori seminariyasından təxminən 100 müəllim ikmali-təhsil edib kurs
qurtarıbdır desək, böyük səhv etməriz, zənn ediriz. Bunlar kənd, şəhər ibtidai
məktəblərində müəllim olub, hankı lisanda dərs verməkləri aşkardır.
Ana dilinin ibtidai məktəblərdən qovulmağı, həmçinin bir on il də belə getsə
idi, aləmi-hürriyyət aralığa gəlməsəydi, türk balalarının halları nə tövr olardı?
İlminskilər, Smirnovlar dövlətin politikasını pək gözəl yerinə yetirib, öz əlimizlə
özümüzə quyu qazırmışlar. Camaatımız isə bunlara "pərəstar" deyib başına
murur ilə dəyən toppuzu, dəyənəyi hər tərəfdən qurulan toru anlamayırmış,
gormürmüş. Görəsən, görüb anlayandan sonra hərəkət etməməyinə səbəb nə
olacaqdır.