HƏFTƏ FƏRYADI

"Fikrinizdəki doğru dilinizdə olursa, dərinizə saman təpərlər".
Bu sözləri də biz atalar sözü və məsəllərin cərgəsinə qoymaq istəyiriz. Siz
deyəcəksiniz: belə "atalar sözü" yoxdur, biz eşitməmişik. Bizim eşitdiyimiz
"doğru söyləyəni doqquz kənddən qovarlarmı ki, osmanlılarda zərb-məsəldir.
Biz deyəcəyiz, nə olur əfəndim, zindəganlığınıza baxıb da vaxtın təqəzasına görə
bir məsəl də biz uydursaq, böyükmü xəta olur?
Bu məsəlləri millət zəmanəyə görə təcrübə gücunə edir, gah vaxt məsəllər bir
neçə millət üçün ümumi olur. Belə olan surətdə ümumi məsəlləri olan millətlərin
bir şeydə bir tövr tərəqqi və ya tənəzzül tapmağına diqqət etməyə, ya bir neçə
millətin xasiyyətlərinin, adətlərinin bir-birinə oxşamağına nəzər yetirmək.
Məsələn: gürcü milləti ilə türklərin bır mənada olan məsəlləri çox çoxdur. Hətta
rus millətinin də bir neçə məsəlləri bizimkilər ilə bir mənada işlənir. Məsələn:
"Yağışdan çıxdım, yağmura düşdüm"; rus deyir: "Oddan çıxdım, alova düşdüm"

[...] Nə isə, bu məsəllərə artıq diqqət etməlidir. Az söz ilə bütün millətin
keçmişdə və ya hal-hazırda fikri ilə və yainki adəti ilə aşina olmaq şübhəsizdir.
İndi biz də zəmanənin təqazasına baxıb da təcrübə gücünə özümüzdən bir
məsəl uydurunuz. Əlbəttə, təcrübə və ya səbəb olmasa, uydurduğumuz "atalar
sözü"nün mənası da olmaz, ümumi məsəl də olmaz. Məsələn, "heç kəs öz
ayranına turş deməz" zərb-məsəli səbəbsiz törənməyibdir. Bu məsəlin
törənməsinə nə səbəb olmağını bilmək istəyirsiniz isə, zindəganlığımıza diqqət
ediniz; bir bəzzaz taparsınızmı kəndi çürümüş bezinə "çürük"dür desin? Bir
baqqal taparsınızmı qurdlu pendirinə "qurdludur" desin? Bir qəssab olarmı
iylənmiş ətinə "iylidir" desin? Bir qoca kişi taparsınızmı, cavan övrətlər
hüzurunda 60, ya 70 yaşında olduğunu desin? Bir həkim, bir təbib olarmı "Mən
naxoşun azarını anlamıram" deyib də qeyri həkimə azarlısını həvalə etsin?
Xeyr, əfəndim! Hər kasin kəndi malı, kəndi biliyi kəndisinə xoşdur. Belə də
gorək olsun, mən deyə bilərmiyəm ki, mənim bezim, pendirim, ətim pisdir? Kim
alar? Mən deyə bilərmiyəm ki, mənim altmış, ya yetmiş sinnim var? Mənə hankı
gözəl rəğbət edər? Mən deyə bilərmiyəm; filan naxoşun azarı nə olduğunu
bilmirəm. Təşxis edəmirəm... Birisini edəmirəm, ikisini, üçünü, sonra? Nə tövr
mənə baxarlar?
Bu qədər təcrübədən sonra "heç kəs öz ayranına turş deməz" məsəli ortalığa
gəlibdir. Siz elə bilirsiniz "adam adama gərəkdir" atalar sözünün səbəbləri
yoxdur? Buyurunuz, əfəndim! İki il bundan müqəddəm Bakı müsəlmanlarına
adam lazım deyil idi, hər gecə bir-birini öldürürdülər. "Şeylanın", görünür,
müsəlmanlara heyfi gəlibdir; müsəlmanları öz erməni qonşuları ilə yağı etdirdi:
erməni-müsəlman davası meydana gəldi, müsəlmanlar dedilər: dəxi yetər! İndi
adam adama gərəkdir". Bir-birimizi puç etməmək, gücümüzü bir yerə cəm edib
düşmənin müqabilində durmalıyız... Bəli, bir neçə vaxt ittihad etdilər, bir-birini
öldürmədilər...
İndi erməni-müsəlman davası qurtarır!.. Boş durmaqdan fayda yoxdur... İndi
bizə "adam gərək deyil"... ölümüz! Öldürünüz! Sonra belə fürsət ələ düşməz,
yenə başı qarışar...
Bu əhvalat bir qeyrı məsəl də törədir: "Nə tökərsən aşına, o çıxar qaşığına".
Bəli, filankəs mənim bibim nəvəsini öldürübdür, mən onun qardaşını
gərəkdir "mələdəm" deyib də başına "cürlər", köməkçilər toplayır...
Camaatımız isə bağda, kontorlarda, mağazalarda, otaqlarda papiros, ya
qəlyan damaqlarında oturub söhbət edirlər. Qatillərin "igidliklərindən" dəm
vurub, axırda "nə tökərsən aşına, o çıxar qaşığına" məsəli ilə kəndilərini rahat
edirlər... "Nə etmək? Vurma, vurulma!"
Bəli, bu sözlər ilə camaat rahat olur, fəqət keçən həftə bir yetim qızın
sözlərini bu camaat düşünsə idi, yəqin ki, bədbəxt müqatilələrə bir "sərəncam
çəkərdilər".
Bu balaca yetimçə "atamı istəyirəm" deyib kişilərin gözlərinə baxırdı.
Deyəsən, istəyirdi desin: "atamı "sizdən", "siz camaatdan istəyirəm", nahaq yerə
canlar puç olur. Camaat isə bu yetimlərə cavab verməyib, başlarını aşağı salır,
"ağlayır". Nə olardı bu yetimçələr ələlə verib camaatdan kəndi atalarım istəyə
idilər! Bəlkə əsil günah kimdə olmağı dəxi də aşkar ola idi... O vaxt ürəkləri
yanıb boş söhbət etməkdən isə "iyidlərin" qoçaqlığından, qoçuluğundan dəm
vurmaqdan isə, bəlkə qeyrətə gəlib bu böyük bəladan milləti xilas edələr, bəlkə
qeyri millətləri bizım üstümüzə güldürməyələr, "ağlatmayalar". Yoxsa ümidinizı
bökumətə tutubsunuz? Ay bədbəxtlər! Yenədəmi sizə quyu qazanları
tanımırsınız? Gözünüzün qabağında olan əhvalatları görmürsünüzmü? Ya
qəzetləri oxumursunuz? Ya oxuyub da anlamayasınız? Yəqin ki, anlamırsınız.
Anlamayanda oxumağınızdan nə hasil? "Oxuduğunu soyləmə, anladığını söylə"
məsəlini eşidibsinizmi? Bu çox gözəl məsəllərdəndir.
Həqiqət hal, tələbələrimiz də iyirmi il "dizlərini yağır" edirlər. Anladıqları nə
olur? "Şikayətmi?" Təharətmi? Rus tətəbələrimiz elm təhsil edirlər, axırda ana
dilinin lazım olmamağınımı anlayırlar? "Yarımçılıqlar" müəllimləri kəndiləri
"yarımçılıq" olmaqlarını anlamırlar? Ya xeyr "mən çox da Marksın inşasını
oxumuşam. Engelsi mütaliə etmişəm, lakin anlamışammı? Onların dedıklərinə
əməl edirəmmi? Yoxsa "müqəllidlik" edib, özümü qeyrisinə oxşadıram...
"Mancuriya Bahadırı" cənab Kuropatkin də yaponun barəsində çox
oxumuşdu, hətta neçə ay səyahət edib Tokioya gedib çıxmış idi. Yaponun
"gizlin" işlərini pək gözəl bilirdi, "Liliput" saldatlarını görmüş idi. Lakin bir şey anlamışdımı?.. Tokiodan başqa bir qeyri şeyə diqqət
etməmişdi. Tokio çox xoşuna gəlmişdi. "Allah qoysa, mən rus-yapon
sülhnaməsinə Tokioda qol çəkdirəcəyəm" deyib, bir də Tokio şəhərinə getmək
istədi...
Yaponlar isə cənab Kuropatkini anlamayan bilib, Tokioya buraxdılar,
"anlayan" bilsəydilər buraxmazdılar... İşin aqibəti göründü.
Vitte Kokovosov cənabları da dövlətin nəqdiyyə məsələsi barəsində pək
gözəl oxumuşdular. Lakin anladılarmı? Vitteyə avropalılar "dirsək göstərdilər".
Kokovosov isə vətəni bir neçə ilin müddətinə satdı.
Cənab Durnovo da hürriyyətpərəstlərin proqramlarını təfsilatı ilə təlim
etmişdi. Onların tələbinə cidd-cəhd edirdi. Lakin onların proqramlarını anlayıb
da, köklərini kəsdimi? Yoxsa, işi yarımçılıq qoyub qaçdı?..
Ha!.. Bu tövr təcrübələr "oxuduğunu söyləmə, anladığını söylə" məsəli kimi
atalar sözünün törəməyinə səbəb olur. İşdə "fikrinizdəki doğru dilinizdə olursa,
dərinlzə saman təpərlər" sözlərini məsəl əvəzinə işlətmək olmazmı? Bu sözləri
təsdiq edən əhvalatlarını, ya təcrübələrimi yoxdur? Nərədən başlayaq?
İsa peyğəmbərin təvəllüdünə 424 il qalmış filosof Sokrat fikrindəki sözləri
dilinə aldığı üçün zahərləndi, fikri yolunda qurban oldu, getdi... [...] Bu səbəbə
görə vətəndaşımız məşhur və fazil qraf Tolstoyu kilsədən qovdular, tərd etdilər.
Zəmanə filosofa xrıstianlara nə yamanlıq etmişdi, ya edir?
Lev Nikolayeviç 1861-ci ildən bu günədək xriştianları daha düz yola dəvət
edir, "Siz əsil xristianlığı puç edirsiniz, İsanın sözlərini anlamtrsınız" sözlərini
yazır isə də "xristian hamiləri" ona "kafər" deyirlər.,.
Hörmətli qraf axırda "Mənim məzhəbim nədən ibarətdir" ünvanlı bir gözəl
kitab yazıbdır.
Qrafın əqidə cəhəticə hamı əfkan bu kitabdadır, din və məzhəb barəsində,
xüsusən xristianlıq barəsində gözəl mətləblər həll edir. "İslam öz ehkamına tabe
olanlara müəyyən bir yol göstərdi, lakin "xristian hamiləri" nə qoydular? İsanın
dininə təğyir verib, özlərindən təzə din düzəltdilər..." Görəsən, cənab qraf belə
mətləbləri yazıb islamın bir müəyyən yol qoymağını biz islamın əməllərinə
baxıb yazır, yainki Quran, məscidi nəzərindən keçiribdir, elə də gərək olsun,yoxsa hal-hazırda bizim əməllərimizdə nə bir islam nişanəsi var ki, onu gorüb
belə islama qüvvət verən bir mətləb yazsın?
İndi bir yaxşı fikir ediniz: Pobedonosevlərin ağalıq vaxtlarında ilminskilərin,
çercvanskilərin islamdan xristianlığa dəvət edən vaxtlar hörmətli qraf bu
fikirlərini dilinə alıb "xristian" hamilərindən nə gözləyə bilərdi? Bizim
təsəvvürümüzə hələ yaxşı qurtarıbdır... Biz biçarə "üç cüt, bir tək" oxumuşların
da canları hələ yaxşı qurtarır. Biz fikrimizdəkini dilimizə alanda üzümüzə
lənətlər yağır, canımız belə qurtarır. Nə etmək? "Bu, lənət" Tripovların
patronlarından, durnovların qazamatlarından yaman deyil ki, bu "vətən hamiləri"
hürriyyəti boğdularsa, siz "islam hamiləri" də fikrimizdəkini dilimizə alanda
boğursunuz!
- Yox, cənab "islam hamiləri!" Siz zəmanəyə uyuşdunuz, siz yüz illər ilə
islamı qaranlıqda tutmuşdunuz, siz islamda olan azadəliyi bilmərrə
basdırmışdınız... İndi bəsirət gözü ilə dörd ətrafımza baxınız.
Özgə bir aləmdir, özgə bir zəmanədir! Nə əcəb, indi zamanəyə uymursunuz?
Heç olmasa, hal hazırda Tavriçeski zalda Rusiya dumasının üzvlərindən ibrət
götürünüz, qulaq veriniz, nələr söyləyirlər, nərəyə getmək istəyirlər. Bu gözəl
nitqləri hələ "Duma" da söyləyirlər, "parlament" olsa nələr söylənərdi! Əcəba!
Təəccüb etməyiniz, əfəndim! Bəli, parlament olsa, qeyri sözlər eşidərdiniz
"Parlamentlə" "Duma"nın təfavütü çoxdur, əfəndim!
"Parlament" "parl" sözündən firəngcə "söyləməyə" deyilir? Parlament, yəni
söylənən yer. Bir yer ki, orada hər nə dərdin, fikrin olsa, açıq söyləyə bilərsən...
Fəqət "Duma" sözü rus lisanında "fikir" deməkdir.
Yəni, nəyin barəsində və nə tövr fikir etməyə ixtiyarmız var, heç kəs mane
olmaz. Lakin "fikrinizdəkini dilinizə alsanız, dərinizə saman təpərlər..." Duma
parlament olmağına holə çox qalıbdır... Çoxmu qalıbdır, azını qalıbdır, iştə bir
məsələ daha!..