YALNIZ ƏLDƏN SƏS ÇIXMAZ

Qəzetəmizin 46-cı nömrəsində 25 nəfər zərgərin tərəflərindən yazılmış
məktubu nəzərdən keçirdiz. Haman məktubun barəsində bir neçə söz demək
istəriz, fəqət müqəddimə üçün bir balaca hekayə söyləriz: bir qoca kişi ömrünün
axırını yavuqlaşmış görüb oğlanlarını yanına çağırdı. Onlara bir dəstə nazik
çubuq ağacları bir yerə bağlı verib dedi: "Görüm sizdən kim bu bağlı çubuqları
qıra biləcəkdir". Oğianları bir-bir güclərini sınadılarsa, heç biri dəstəni qıra
bilmədi və qoca kişi çubuqları açıb dedi: "İndi gücünüzü sınayınız!" Oğlanları
nazik çubuqları çox asanlıqla qırıb dedilər: "Bu çox asan işdir!".

Qoca gülə-gülə oğlanlarına deyir: "Əzizlərim! Siz də bu çubuqlar kımi
hərgah bir yerdə olsanız, yəni sizin aranızda ittifaq olsa, heç kəs sizə güc gətirib
sizi puç edə bilməz. Vaxta ki, aranızda nifaq oldu, vaxta ki, bir-birinizdən
ayrıldınız, sizin puç olmağmıza çox ehtimal var, necə ki, bu yerə tökülən
çubuqlar...
İndi siz də əzizlərim - 25 zərgər qardaşlar! Bu hekayəyə dürüst diqqət ediniz.
Hal-hazırda hamı sənətkarlar, qəsbkarlar cidd-cəhd edirlər cəmiyyətlər
düzəltsinlər, tainki bunların başları bir yerə bağlı olsun. Məgər siz sənətkarların
dərdi azdırmı? Hərgah sizdən biriniz ümum dərdinizi dövlətə və ya cəmiyyətə
söyləsə, onun sözünün qüvvəti olmayacaqdır. Vaxta ki, dərdiniz cəmiyyət
tərəfindən söyləndi, nəinki cəmiyyətlər, hətta hökumətin də borcudur sizin
sözlərinizə diqqət edib tələbinizi yerinə yetirsin.
Hökumət və ya cəmiyyət bir nəfərin bərəksinə gedə bilər. Amma cəmiyyətin
yox... Məsələn; bu gün istəyirsiniz günlük zəhmətinizin qiymətini və yainki
qayırdığınız əşyaların qiymətlərini artırasınız və ya xeyr camaat işinə qarışasınız,
ol vaxt cəmiyyətimiz olmasa sözünüzə nə dövlət, nə Duma və nə camaat qulaq
asar. Vaxta ki, tələbiniz təsdiq olunmuş cəmiyyət tərəfindən söyləndi, yəqin
məqsudunuza çatarsınız, çatmasanız da dərdiniz və tələbiniz hər bir cəhətdən
diqqətə almacaqdır. Cəmiyyətinizin necə ki, yazırsınız kassası olacaqdır. Bu
kassanın mənfəəti nədir? Belə fərz ediniz ki, sabah sizin yoldaşlardan biri kasıb
oldu və ya xeyr, naxoşladı, haman yoldaşlarınız tövrbətövr səbəblərə görə qara
günündən ötrü pul yığmayıbdır, evində beş-altı baş külfət ac qalıb. Bu biçarə nə
tövr zindəganlıq etsin? Sizin insafınız, qeyrətiniz rəva gorürmü dünənkı yoldaşıııız və ya onun övrəti olinə kisə ahb qapı-qapı gezsin? Elə ittifaqlar
azdımıı? Qardaşlarım! Rüzgara ümid bağlamaq olmaz! Qara gün hamı üçün var.
Bundan savayı kassamn pulu sızo qeyri işlərdə də lazım oiacaqdır.
Tutalım siz, zərgərlər, hamınız zənginsiniz və hamınız qara gün üçüıı lədarük
cdibsiniz, lazım bilirsinizmi ayda yığdığınız puldan bİr qədər ayırıb bir
müsəlman yetimi oxudasmız. Biz insanız: öz qarnımızdan savayı əlsiz-ayaqsız,
kasıb din qaı-daşlarımız var, kömək lazımdır!.. Siz zəngiıı qardaşlardan kömok
olmasa, kimdən olacaqdır? Quru sözlər ilə millət toroqqi tapmaz, əməl lazımdır,
qeyrət gərəkdir olsun.
Xülasə, cəmiyyətiniz olsa, həm dünya və hom axirət işlərinize mənfəot
olacaqdır. Ancaq cəmiyyət qərar edondə məxsusiyyətlik olmasm; qeyri
cəmiyyətlərin proqrammalarmi götürüb onlara bınaən özünüz üçün proqramma
düzəldiniz. Ünıid ediriz ki, 25 zərgər qardaşlarımız bu xeyir işdə bizimlə
horaəfkar olub cəmiyyət qərar etməyə ciddü-cəhd etsinlər... "Yalnız əldən səs
çıxmaz" sözlərini unutraayıb birləşməyə çalışsınlar ki, cəm fərddən güclüdür!